MSK-nın iclasında parlament seçkilərində “exit poll” keçirmək istəyən təşkilatların müraciətlərinə baxılıb

A- A A+

Mərkəzi Seçki Komissiyasının yanvarın 29-da keçirilən iclasında Milli Məclisə seçkilərdə “exit poll” keçirmək niyyətində olan təşkilatların müraciətinə baxılıb.

NUHÇIXAN xəbər verir ki, secki-2020.az saytının xəbərinə görə, iclasda qeyd olunub ki, Rəy Monitorinq Mərkəzi “exit poll” keçirmək üçün MSK-ya müraciət edib. Həmin təşkilatın Milli Məclisə seçkilərdə “exit poll” keçirmək üçün qeydə alınması ilə bağlı qərar qəbul edilib.

Daha sonra iclasda “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit-poll” keçirmək üçün MSK-ya etdiyi müraciətə də baxılıb. Müraciət səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bundan əvvəl Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit poll” keçirəcək qurum kimi qeydə alınmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: