Parlament seçkilərini müəyyən seçki dairəsinin hüdudlarında müşahidə etmək istəyən vətəndaşlar üçün müddət başa çatır
Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində müəyyən seçki dairəsinin hüdudlarında müşahidə aparılması üçün ərizələrin müvafiq dairə seçki komissiyasına təqdim edilməsi müddəti sabah başa çatır.
NUHÇIXAN secki-2020.az saytına istinadla xəbər verir ki, Azərbaycanda parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşı (öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında) seçkilərin təyin edilməsi haqqında sərəncamın rəsmi dərc olunduğu gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək, yəni, 2020-ci il fevralın 4-dək müraciət edə bilər.