Milli Məclisə seçkilərdə səsvermə 5573 məntəqədə keçiriləcək

A- A A+

Azərbaycanda Milli Məclisə fevralın 9-da keçiriləcək seçkilərdə səsvermə 5573 məntəqədə aparılacaq.

NUHÇIXAN xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

Qeyd edək ki, səsvermə, ümumilikdə, 125 dairəni əhatə edəcək. Ölkə üzrə səsvermə səhər saat 08:00-da başlayacaq və axşam saat 19:00-dək davam edəcək.

Seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının qərarı ilə 5 milyon 387 min 600 ədəd seçki bülleteni çap olunub.

Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası ABŞ-ın “AJF&Associates İnc.” təşkilatı ilə, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondu Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, həmçinin “Rəy” Monitorinq Mərkəzi “exit poll” keçirəcək qurumlar kimi qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: