Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Frenk Şvabenin başçılıq etdiyi müşahidə missiyası fevralın 9-da keçiriləcək parlament seçkilərini izləmək üçün ölkəmizə səfər edəcək.
NUHÇIXAN Secki-2020.az saytına istinadla xəbər verir ki, missiya Bakıya fevralın 7-də gələcək.
Seçki günü AŞPA müşahidəçiləri ATƏT Parlament Assambleyası və Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri ilə birlikdə səsvermə prosesini izləyəcəklər.