Azərbaycan ordusu yeni beynəlxalq reytinqdə Ermənistandan 47 pillə yüksəkdədir

A- A A+

Nüfuzlu “Global Firepower“ hərbi-analitika təşkilatı 2020-ci ildə dünyanın ən yaxşı ordularının reytinqini açıqlayıb.

NUHÇIXAN təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu reytinqini qoruyub saxlayıb və cədvəldə 138 ölkənin ordusu arasında 64-cü olub. Qonşu Gürcüstan ordusu 89-cu, Ermənistan isə 111-ci yerdədir. Beləliklə, ordumuz düşmən silahlı qüvvələrindən 47 pillə yüksəkdə qərarlaşıb.

Reytinqdə dünyanın ən güclü ordusu ABŞ Silahlı Qüvvələri hesab edilib. Rusiya ikinci, Çin isə üçüncü yerdədir. Azərbaycan ordusu təkcə Cənubi Qafqazda deyil, həmçinin MDB məkanında lider mövqelərdən birini tutur.

“Global Firepower“ 2006-cı ildən dünyanın 138 ölkəsinin ordularının reytinq cədvəlini tərtib edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: