Azərbaycan Ordusunun hərbi qulluqçuları mayın 9-da Moskvada Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunmuş hərbi paradda iştirak edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, təntənəli mərasimdə ölkəmizi Azərbaycan Ordusunun bayraqdarları və 75 hərbi qulluqçudan ibarət heyət təmsil edəcək.