Azərbaycanın Ukraynadakı səfirliyinin və soydaşlarımızın birgə təşəbbüsü ilə Ukraynada “Xocalı ayı” elan edilib.
NUHÇIXAN xəbər verir ki, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Ukraynanın bütün vilayətlərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyaları, anım tədbirləri keçiriləcək.
Tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində yürüşlər təşkil olunacaq, Xocalı soyqırımını əks etdirən fotoinformasiya bukletləri paylanılacaq, soyqırımı haqqında elmi-praktik seminarlar keçiriləcək.