Azərbaycanın Polşadakı səfirliyinin əldə etdiyi məlumata əsasən, Varşava şəhərində “Tam-Cafe” adlanan turistlərin mühazirə mərkəzində fevralın 15-də Piotr adlı şəxs “Azərbaycan Ermənistan və Dağlıq Qarabağ” mövzusunda mühazirə oxumağı və iştirakçılar ilə müzakirə etməyi planlaşdırdığı məlum olub.
NUHÇIXAN xəbər verir ki, bununla əlaqədar olaraq, səfirliyimiz tədbirin keçiriləcəyi “Tam-Cafe”nin rəhbərliyinə etiraz məktubu ünvanlayıb. Məktuba cavab olaraq, “Tam-Cafe”nin rəhbərliyi tərəfindən tədbirin ləğv edildiyi bildirilib. Bununla ermənilərin ölkəmizə qarşı həyata keçirməyi planlaşdırdığı daha bir təxribatın qarşısı alınıb.