Prezident İlham Əliyevin Si Cinpinə başsağlığı məktubu Çin KİV-lərinin diqqətindədir - FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyevin yeni növ koronavirus nəticəsində vəfat edənlərlə əlaqədar Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı başsağlığı məktubu Çinin kütləvi informasiya vasitələrinin diqqətindədir.
NUHÇIXAN xəbər verir ki, milli xəbər agentliyi olan Sinxua, rəsmi "Jenmin Jibao" qəzeti, Çin Mərkəzi Televiziyası, nüfuzlu "China Daily" qəzeti və digər xəbər saytları Çinin ağır günlərində ona dəstək olan ölkələr arasında Azərbaycanın da olduğunu yazırlar.
Qeyd olunub ki, Azərbaycan Prezidenti başsağlığı məktubunda Çin hökumətinin epidemiyanın yayılmaması və insan tələfatının qarşısının alınması istiqamətində atdığı addımları, Çin xalqının nümayiş etdirdiyi əzmi yüksək qiymətləndirib.
Çin KİV-ləri dövlətimizin başçısının Azərbaycan xalqının bu müvəqqəti çətin günlərdə də Çin xalqı ilə həmrəy olması, hər cür yardım göstərməyə hazır olması fikrini xüsusi vurğulayıblar.