Azərbaycan XİN qar uçqunu və təyyarə qəzası nəticəsində insan tələfatı ilə əlaqədar Türkiyəyə başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə baş verən qar uçqunu və sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar bu ölkəyə başsağlığı verib.
NUHÇIXAN xəbər verir ki, XİN bu barədə məlumatı rəsmi “Twitter” səhifəsində yayıb.
Məlumatda deyilir: “Qardaş Türkiyənin Van şəhərində baş vermiş qar uçqunları və İstanbul şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hüznlə başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Kədərin kədərimizdir, qardaş Türkiyə!”.