Sabah Azərbaycanda keçiriləcək parlament seçkilərini 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandıra biləcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.
MSK sədri qeyd edib ki, buraya ABŞ, Almaniya, Fransa, Rusiya, Türkiyə və digər ölkələrin media təmsilçiləri daxildir.