Türkiyənin məşhur televiziya kanalı tamaşaçılarını Milli Məclisə seçkilər haqqında məlumatlandırıb

A- A A+

Azərbaycanda keçirilən parlament seçkiləri Türkiyənin televiziya kanalları tərəfindən də işıqlandırılır.

NUHÇIXAN xəbər verir ki, məşhur “TVnet” kanalı seçkilər haqqında məlumat yayıb.

Türkdilli tamaşaçılara seçicilərin, namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin sayı barədə məlumat verilib.

Bildirilib ki, parlament seçkilərində gənclər üstünlük təşkil edir. Bu da daha çox Azərbaycanda son vaxtlar gənclərin dövlət idarəçiliyində və digər sahələrdə irəli çəkilməsi ilə əlaqədardır.

Vurğulanıb ki, beynəlxalq təşkilatlar, eləcə də müxtəlif ölkələrin kütləvi informasiya vasitələri Azərbaycanda parlament seçkilərinə xüsusi maraq göstərirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: