Philip James :“Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi” - VİDEO
Azərbaycana ilk dəfədir ki, səfər edirik. Biz böyük bir heyətlə gəlmişik. Əsas məqsədimiz seçkiləri izləmək, müşahidə etmək və sonda ümumi nəticələrə baxış keçirməkdir. Biz bir çox seçki məntəqələrində olduq. Yaradılan şərait, seçicilərin fəallığı və insanların səmimiyyəti bizi məmnun etdi. Seçkinin gedişində heç bir qayda pozuntusuna yol verilməməsinin şahidi olduq. Əllbəttə ki, seçkilər haqqında ümumi qərar günün sonunda deyiləcək.
NUHÇIXAN xəbər verir ki, bu sözləri ATƏT-in Amerika Birləşmiş Ştatlarından olan beynəlxalq müşahidəçisi Philip James Naxçıvan televiziyasına müsahibəsində deyib.