Türkiyə KİV-ləri Azərbaycanda keçirilən seçkiləri geniş işıqlandırır - FOTOLAR
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri fevralın 9-da Azərbaycanda keçirilən Milli Məclisə seçkilərlə bağlı geniş materiallar yayırlar. Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və ailə üzvlərinin səsvermədə iştirakı öz əksini tapır.
NUHÇIXAN xəbər verir ki, Anadolu və DHA xəbər agentlikləri, “Hurriyet” qəzeti, “TRT HABER”, “A HBR” televiziya kanalları və s. nüfuzlu KİV-lər türkdilli əhalini Azərbaycanda keçirilən seçkilər barədə davamlı məlumatlandırır.
Bildirilir ki, səsvermə prosesi qanunauyğun şəkildə davam edir.
Qeyd edək ki, qardaş ölkə mətbuatı parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi təşəbbüsünün irəli sürülməsi ilə başlayan seçki prosesi davamlı olaraq diqqətdə saxlayır.