Fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkiləri İtaliya mətbuatının da diqqətindədir.
NUHÇIXAN xəbər verir ki, ölkənin aparıcı xəbər portalları seçkilərlə bağlı statistik məlumatların əks olunduğu, həmçinin son vaxtlar Azərbaycanda aparılan islahatlarla bağlı məlumatlar yayırlar.
Məlumatlarda seçkiləri çoxsaylı beynəlxalq müşahidəçilərin də izlədikləri, seçki məntəqələrində 1000 veb-kameranın quraşdırıldığı bildirilir.
Xəbərlərdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin rəhbəri Hikmət Hacıyevin ölkəmizdə aparılan islahatlarla bağlı fikirlərinə də yer verilib.