Ukraynanın məşhur televiziya kanalları Milli Məclisə seçkilər barədə xüsusi reportajlar yayıb - FOTOLAR

A- A A+

Azərbaycanda keçirilən parlament seçkiləri Ukraynanın televiziya kanalları tərəfindən də işıqlandırılır.

NUHÇIXAN xəbər verir ki, məşhur 1+1, “Ukrayna” kanalları seçkilər haqqında məlumat yayıb.

Xüsusi reportajlarda tamaşaçılara seçicilərin, namizədlərin, yerli və beynəlxalq müşahidəçilərin sayı barədə məlumat verilib. Namizədlər arasında gənclərin üstünlük təşkil etdiyi vurğulanır, son vaxtlar Azərbaycanda gənclər üçün yaradılmış şəraitdən bəhs olunur.

Diqqətə çatdırılıb ki, Azərbaycanda keçirilən parlament seçkilərinə beynəlxalq təşkilatlar, həmçinin müxtəlif ölkələrin kütləvi informasiya vasitələri böyük maraq göstərirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: