Naxçıvan nümayəndəliyinin rəhbəri İsrail səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov İsrail dövlətinin Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Corc Diklə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadi və qarşıda duran bir çox sahədə əməkdaşlıq, turizmin inkişafı, qarşılıqlı səfərlər və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Görüşdə səfiri onun müavini xanım Avital Rosenberg, siyasi və energetika məsələləri üzrə müşavir Mövsüm Axundov müşayiət edib.