Naxçıvan televiziyası açılış tədbirini canlı yayımlayacaq

A- A A+

İyunun 20-si saat 11:00-da “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbiri keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında keçirilən tədbirin açılışı Naxçıvan Dövlət Televiziyası (NTV) və NUHÇIXAN İnformasiya Agentliyi ilə canlı yayımlanacaq.

Açılış tədbirində “Mənim Naxçıvanım” foto-sərgisinə və “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan” televiziya filminə baxış olacaq. Rəsmi çıxışların ardından Naxçıvan Dövlət Filarmoniyası konsert proqramı ilə çıxış edəcək.

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”in açılış tədbirində İSESKO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri və İslam Konfrası Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirləri də iştirak edəcəklər.

Tədbir iştirakçıları və qonaqlar  “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018” tədbirləri çərçivəsində Naxçıvanın tarix və mədəniyyət abidələri, muzeyləri, dini-turizm imkanları ilə tanış olacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: