Fevralın 27-28-də Ukraynanın paytaxtı Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 52-ci iclası keçiriləcək.
GUAM-ın Milli Əlaqələndiricilər Şurasından NUHÇIXAN-a bildiriblər ki, iclasın ilk günü quruma üzv olan ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılacaq. GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.
Fevralın 28-də isə GUAM-a üzv olan ölkələrin Xarici İşlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı olacaq.
Qeyd edək ki, GUAM-a sədrlik 2020-ci ilin yanvarın 1-dən Azərbaycana keçəcək.