Macarıstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
NUHÇIXAN xəbər verir ki, Macarıstanın Xarici İşlər və Ticarət naziri Peter Siyyarto bu gün Budapeştdə keçirilən iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 7-ci plenar iclasının gedişi zamanı bu bəyanatla çıxış edib.
“Bu, bizim dürüst və açıq mövqeyimizdir. Bizim münasibətlər məhz bu strateji nöqtə üzərində qurulub”, - deyə Siyyarto əlavə edib.
Xatırladaq ki, bu gün Budapeştdə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının iclası keçirilib. İclasda ikitərəfli qarşılıqlı fəaliyyətin gələcək istiqamətləri barədə protokol imzalanıb. Azərbaycan nümayəndə heyətinə ölkənin Əmək və Əhalinin Müdafiəsi naziri Sahil Babayev rəhbərlik edib.