Məzahir Pənahov: Pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq

A- A A+

Seçki məntəqələrində baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edirəm. Eyni zamanda, qeyd etməliyəm ki, MSK məntəqələrdə baş verən pozuntularla bağlı cavab verməyə məcburdur.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Məzahir Pənahov MSK-nın fevralın 15-də keçirilən iclasında bildirib.

“Seçki məntəqələrində baş verən pozuntuları sosial şəbəkədə yayanlara təşəkkür edirəm. Ona görə də məntəqələrdə baş verən pozuntuların ictimailəşdirilməsində xidməti olanlar bizim köməkçilərimizdir. Mən bu işdə əməyi keçənlərə “Çox sağ olun!” deyirəm. Eyni zamanda, bu pozuntuları həyata keçirənlərin hamısı cəzalandırılacaq. Məntəqələrdə səsverməyə müdaxilə etmək yolverilməzdir. Səsverməni bir saniyə belə dayandırmağa hətta bizim də hüququmuz yoxdur. Amma, eyni zamanda, müəyyən mənada bəzi şəxslər bundan sui-istifadə etməyə çalışırlar”, - deyə MSK sədri bildirib.

MSK sədri vətəndaşlara növbəti dəfə müraciət edərək bildirib: “Təklif edirik ki, kimin əlində nə material varsa, gec olmadan bizə təqdim etsin.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: