Rusiyalı politoloq: Paşinyan Qarabağ məsələsində həm səriştəsiz olduğunu, həm də faktları görməzdən gəldiyini göstərdi

A- A A+

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ haqqında faktları şərh edərkən həqiqi sənədlərə istinad edir, hazırda yaranmış vəziyyətin tarixi qaynaqlarını açır, halbuki Nikol Paşinyan heç bir dəlillə əsaslandırılmamış miflərin və ağ yalanın köməyi ilə cavab verməyə çalışırdı. Çünki aydın məsələdir ki, onun sözlərini təsdiq edəcək heç bir sübut yoxdur.

NUHÇIXAN xəbər verir ki, bu sözləri “Vestnik Kavkaza” Rusiya Federal İnformasiya Agentliyinin baş direktorunun müavini Andrey Petrov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş panel müzakirələri şərh edərkən söyləyib.

O qeyd edib ki, Paşinyan artıq neçənci dəfədir, Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun onun özünün artıq uzun illərdir təkzib etdiyi yanlış sitatına istinad edir.

“Yeri gəlmişkən, A.Mütəllibov bir gün əvvəl birbaşa Ermənistanın baş nazirinə müraciət edərək tələb edib ki, bu biabırçı yalanı onun adına yazmasınlar. Söhbət əsnasında iş o yerə gəlib çatıb ki, moderator və dinləyicilər açıq-aşkar Paşinyanı ələ salmağa başlayıblar. Xüsusən də Tiqranın zamanında Cənubi Qafqazda iki millətin – ermənilərin və ermənilərin olması barədə zarafat yaxşı idi”, - deyə ekspert vurğulayıb.

İlham Əliyevin opponentindən üstünlüyünün aşkar olduğunu qeyd edən A.Petrov daha sonra deyib: “Nəticədə müzakirələr açıq-aşkar İlham Əliyevin diplomatik qələbəsi ilə başa çatdı, Paşinyan isə Qarabağ məsələsində həm səriştəsiz olduğunu, həm də faktları görməzdən gəldiyini göstərdi”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: