Ukrayna Analitika Mərkəzinin rəhbəri: Paşinyan başa düşdü ki, bu, onun qaldıra biləcəyi yük deyil

A- A A+

Hər hansı diskussiya, hətta əgər bu diskussiya Münxendə aparılırsa, dünyanın yenidən qurulması barədə gedə bilməz, xüsusən də bir ölkə digər ölkənin ərazisini zəbt edib, sonra da həyasızcasına tarixi ədalətdən dəm vuranda. Ola bilsin, Ermənistanın başçısı Paşinyan artıq başa düşüb ki, dünya birliyi Dağlıq Qarabağda qondarma rejimi heç vaxt tanımayacaq və buna görə də Münxendə mövqeyini müdafiə edərkən özünü narahat hiss edib. Paşinyan ayrı-ayrı ekspertlərin, o cümlədən Ermənistan ekspertlərinin gözündə zəif siyasətçidir.

NUHÇIXAN xəbər verir ki, bu sözləri Ukrayna Analitika Mərkəzinin rəhbəri, ekspert Aleksandr Oxrimenko Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbayucan Dağlıq Qarabağ münaqişəsinə dair panel müzakirələri AZƏRTAC-ın müxbirinə şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ haqqında hər hansı diskussiya ən əsas məsələyə əsaslanmalıdır: Krım Ukraynanın olduğu kimi, Dağlıq Qarabağ da Azərbaycanındır.

“Bu insanın üzərinə çox ağır yük qoyulub və bu yük nə onun, nə də bütövlükdə Ermənistan siyasətinin qaldıra biləcəyi yük deyil. Dünya çoxdan XXI əsrdə yaşayır. Burada bütün məsələlər, o cümlədən milli və dövlətlərarası məsələlər tankların köməyi ilə deyil, danışıqlar masası arxasında həll olunur. Burada yalnız Paşinyanın halına acımaq olar, çünki ona bu dərəcədə mürəkkəb problem miras qalıb”, - deyə A.Oxrimenko fikrini tamamlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: