MSK parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılmış videogörüntüləri ciddi şəkildə araşdırır
Fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə 385 videogörüntü yayılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.
MSK sədri bildirib ki, videogörüntülər 68 seçki dairəsinin 179 məntəqəsi ilə bağlıdır. Komissiya bütün videogörüntüləri ciddi şəkildə araşdırır.