Kursant və əsgərlər muxtar respublikamızın tarixi-mədəni abidələrində və muzeylərində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, həftə ərzində dərslərində fərqlənən Heydər Əliyev adına Hərbi Liseyin kursantları və  hərbi xidmətdə yüksək nəticələr göstərən əsgərlər Heydər Əliyev Muzeyini, Cəmşid Naxçıvanski, Milli Dəyərlər, Dövlət Bayrağı, Naxçıvan Dövlət Tarix Muzeylərini, Hüseyn Cavidin Ev Muzeyini, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini və muxtar respublikanın rayonlarında fəaliyyət göstərən tarix-diyarşünaslıq muzeylərini ziyarət ediblər. Adı çəkilən mədəniyyət ocaqlarında bələdçilər tərəfindən zəngin tariximizi, mədəniyyətimizi, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən eksponatlar  haqqında ziyarətçilərə ətraflı məlumat verilib.

 

 Kənan Cəlilov

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: