Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır - FOTOLAR

422

Vətən deyib sevdiyimiz və asudə yaşadığımız doğma Azərbaycanımızın taleyinə və tarixinə şanlı səhifə kimi yazılan daha bir ili şərəflə yola saldıq. Əvvəlki illərdə olduğu kimi, ötən 2019-cu il də sülh, əmin-amanlıq, inkişaf, tərəqqi, islahat və yüksəliş ilinə çevrildi. Dövlətimizin başçısı, müdrik siyasi xadim İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində respublikamız nəinki regionda, dünya ölkələri sırasında da yüksək mövqelərini qorudu və sürətli inkişafına görə çoxlarını heyrətə saldı. Ulu öndər Heydər Əliyevin miras qoyduğu dövlətçilik prinsiplərini, mənəvi dəyərləri qoruyub saxlayan və zənginləşdirən Prezident İlham Əliyevin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə həyata keçirdiyi inqilabi və dərin islahatlar xalqımızda bu günə və sabaha qəti inam yaratdı, həyata keçirilən islahatların böyük səmərə verəcəyinə, Azərbaycanda həyatın bütün sahələrinin davamlı inkişaf edəcəyinə, xalqın güzəranının daha da yaxşılaşacağına heç bir şübhə yeri qoymadı. 

Ötən il aparılan islahatlar ölkənin həyatına yeni impuls verdi, vətəndaşların fəallığı daha da artdı, onlar qarşılaşdıqları problemlərin həlli, ümumi inkişafımıza müsbət təsir göstərən işlərin davam etdirilməsi, eyni zamanda, dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, hər yerdə şəffaflığın artırılması və insanları narahat edən məsələlərin operativ həlli üçün aktiv həyat mövqeyi nümayiş etdirdilər. Bu mövqe Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərində də hərtərəfli əksini tapıb. NUHÇIXAN Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2019-cu ildə vətəndaşları düşündürən, onları narahat edən məsələlərin dövlət qurumlarında necə həll olunmasından, bu işə ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək diqqət və tələbkarlıqdan bəhs edən geniş təhlili məqaləsini oxuculara təqdim edir.

Ölkənin hərtərəfli inkişafına və daha qüdrətli Azərbaycanın qurulmasına

xidmət edən köklü islahatlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Nəsimi ili” elan edilmiş 2019-cu il həm də bütün sahələrdə dərin və köklü islahatlar ili kimi tariximizə həkk olundu. Ötən ilin olduqca zəngin və maraqlı hadisələri ölkə həyatını son dərəcə canlandırmaqla yanaşı, dövlət başçısının əvvəlki illərdə bəyan etdiyi siyasətin ardıcıllığını, dönməzliyini, qarşıya qoyduğu iqtisadi və siyasi konsepsiyaların yerinə yetirilməsi üçün güclü siyasi iradəyə sahib olduğunu bir daha sübut etdi.

2018-ci ilin aprelində keçirilən növbədənkənar Prezident seçkilərində yenidən Azərbaycan xalqının tam etimadını qazanmış İlham Əliyev bütün işlərində olduğu kimi, xalqa verdiyi hər bir sözün arxasında qətiyyətlə duraraq Azərbaycanın qüdrətini daha da artırmaq, onu hərtərəfli inkişaf etmiş ən güclü dövlətlərdən birinə çevirmək üçün inamlı addımlarını, başladığı böyük proqramların həyata keçirilməsini uğurla davam etdirmişdir. Ötən dövr ərzində görülən işlərin miqyası, ölkənin idarə olunmasında və digər sahələrdə dərin islahatların aparılması Azərbaycanın beynəlxalq mövqeyinin getdikcə güclənməsinə səbəb olmuşdur. Ölkə rəhbəri bu islahatlarla, demək olar ki, yeni idarəetmə sistemi yaratmağa, cəmiyyətin inkişafına əngəl olan bütün maneələri qətiyyətlə aradan qaldırmağa, xalqın arzuladığı tam şəffaf və demokratik bir sistem qurmağa nail ola bilmişdir.

2019-cu ildə aparılan islahatların böyük bir qismi idarəetmə strukturlarının təkmilləşdirilməsi ilə əlaqədar olmuş, bununla bağlı dövlət başçısının hələ ilin əvvəlində imzaladığı “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli Fərmanından sonra il ərzində 30-dan artıq fərman və sərəncam verilmişdir. Ümumiyyətlə, ötən il Azərbaycan Prezidentinin imzaladığı 308 qanun, 452 fərman, 880 sərəncamın bir çoxu dövlət quruculuğu, sosial-iqtisadi sahədə idarəetmə və s. məsələlər barəsində olmuşdur. Bütün bunlar cəmiyyətdə böyük rəğbətlə qarşılanmışdır.

Dövlət başçısının 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanla bu sahədə böyük dəyişikliklər baş vermişdir. Struktur islahatlarının davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 noyabr tarixli Sərəncamı ilə Prezident Administrasiyasının strukturunda edilmiş dəyişiklikləri də xüsusi vurğulamaq lazımdır. Bu Sərəncamla Azərbaycan Prezidenti respublikadakı bütün strukturların işinin yenidən qurulmasının vacibliyini göstərmiş və bu işin davamlı olacağını bir daha təsdiq etmişdir.

Azərbaycan Prezidenti ötən ili səciyyələndirərkən bir daha vurğulamışdır: “2019-cu il tarixdə dərin islahatlar ili kimi qalacaq. Siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar bizim gücümüzü artırmışdır”.

Azərbaycanda aparılan islahatların miqyası olduqca geniş və şaxəlidir. Bu islahatlar hətta inqilabi islahatlar adlandırılır və onların ölkə həyatının bütün sahələrində, xüsusilə idarəetmə strukturlarının işinin yenidən qurulmasında böyük rol oynayacağı şübhə doğurmur. Xalq tərəfindən xüsusi dəstəklənən bu islahatlar ölkənin inkişafını yeni səviyyəyə qaldırmaq, cəmiyyətin inkişafına mane olan, hər bir vətəndaşı narahat edən və ölkənin imicinə xələl gətirən neqativ halları tam aradan qaldırmaq məqsədi daşıyır.

Aparılan islahatların innovativ xarakter daşımasını Azərbaycan Prezidentinin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan və 100-dən artıq xidməti özündə cəmləşdirən DOST mərkəzlərinin fəaliyyətinə dövlət başçısının verdiyi qiymət daha aydın göstərir. Prezident İlham Əliyev deyir: “Bizim siyasətimiz, demək olar ki, DOST mərkəzlərində öz əksini tapır – islahat, innovasiya, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə, yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti. Yəni, bu mərkəzlər müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz məhz bu yolla inkişaf etməlidir. Müasirlik, yenilik, islahatlar, gənclərin bu işlərə böyük dərəcədə qoşulması ölkəmizin inkişafına xidmət göstərəcək”.

Bu il fevralın 12-də Kürdəmir rayonunda “ASAN xidmət” mərkəzinin açılışında isə Azərbaycan Prezidenti 2020-ci ili “Könüllülər ili” elan etdiyini xüsusi vurğulayaraq, könüllülüyün bizim genetik kodumuza yazılmış sarsılmaz dəyərlərimizdən biri olduğunu, xalqımıza xas olan bütün amilləri, əlamətləri özündə cəmləşdirdiyini bir daha qeyd etmişdir. Hazırda fəaliyyət göstərən 2 DOST mərkəzi bir çox xidmətləri özündə cəmləşdirməkdədir və bu mərkəzlərin sayı yaxın vaxtlarda 31-ə çatdırılacaqdır.

Azərbaycanın beynəlxalq qurumlar tərəfindən qəbul edilən və sevinc doğuran uğurları gündən-günə artır. 2019-cu ildə iqtisadi sahədə əldə edilən nailiyyətlərimiz Dünya Bankı, Davos Forumu və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilərək, ölkəmiz ən islahatçı dövlətlərdən biri hesab edilmiş və bu islahatların istər siyasi, istər iqtisadi, istər sosial, istərsə də idarəetmə sahələrini əhatə etməsi xüsusi vurğulanmışdır.

Azərbaycan Prezidenti beynəlxalq maliyyə qurumlarının ölkədə görülən işlərə, o cümlədən həyata keçirilən islahatlara verdiyi qiyməti dəyərləndirib sanki ölkəmizin uğurlarını görmək istəməyən qüvvələrə üzünü tutaraq bildirir: “Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır. İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır”.

Aparılan köklü islahatlara görə Azərbaycan Dünya Bankının yaydığı “Doing Business 2020” hesabatında 190 ölkə arasında 34-cü yerdə, Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi” üzrə 141 ölkə arasında 58-ci yerdə, ümumi infrastrukturun inkişafına görə isə 26-cı yerdə qərarlaşmışdır. “İnklüziv inkişaf indeksi” adlı illik hesabatda Azərbaycan inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib. Azərbaycanın kreditin əlçatanlığı üzrə 1-ci, biznesə başlamaq imkanları üzrə 9-cu, müqavilələrin icrası üzrə 28-ci yeri tutması diqqətəlayiqdir. Yuxarıda göstərilən mötəbər qurumların təhlillərindən görünür ki, Azərbaycanda aparılan balanslaşdırılmış iqtisadi, sosial və humanitar siyasət dünyada davamlı inklüziv inkişafın planlaşdırılması və idarə edilməsinin ən yaxşı nümunəsidir.

Azərbaycan Respublikası sosial siyasət üzrə də dünya lideri mövqeyindədir. Davos Dünya İqtisadi Forumunun təsisçisi və prezidenti professor Klaus Şvabın hazırladığı hesabatda 141 ölkənin iqtisadi potensialı təhlil edilərək həmin ölkələrin iqtisadi imkanları rəqabətlilik, sosial siyasətin vəziyyəti, əhali arasında gəlirlərin nə dərəcədə ədalətli bölünməsi əsasında müəyyən edilmiş və burada ölkəmiz üçün sosial siyasətin əsas prioritet olduğu müəyyən edilmişdir.

Növbəti Davos Forumu ərəfəsində forumun rəsmi saytında “Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu” adlı məqaləsi dərc edilmiş və orada Azərbaycan Prezidenti ölkəmizin son illər qazandığı nailiyyətləri 2007-ci ilin göstəriciləri ilə müqayisə etmiş, bu illər ərzində Azərbaycan iqtisadiyyatının həcminin 80 faiz, o cümlədən qeyri-neft sektorunun 2,1 dəfə, strateji valyuta ehtiyatlarının 13 dəfə artdığını, yoxsulluğun 4 dəfədən çox azaldığını, işsizliyin 4,9 faizə endirildiyini, 2009-cu və 2019-cu illərdə forum tərəfindən Azərbaycanın ən islahatçı ölkə hesab edildiyini, bu dövrdə ölkəyə 111 milyard dollar xarici investisiya qoyulduğunu, ölkəmizin dünya enerji sisteminə töhfəsini, bu sahədə qlobal layihələr həyata keçirdiyini vurğulamışdır.

Azərbaycan Prezidenti hər il olduğu kimi bu il də Davos Forumunun ən fəal iştirakçılarından biri kimi dünyanın 117 ölkəsindən 53 dövlət və hökumət başçısının, habelə beynəlxalq maliyyə qurumlarının, dünyanın aparıcı şirkətlərinin rəhbərlərinin iştirak etdiyi bu nüfuzlu tədbirdə diqqət mərkəzində olmuşdur. Qısa zaman ərzində dövlət başçısı onlarla görüş keçirmiş, Azərbaycanın iqtisadi inkişafına təkan verəcək müasir texnologiyaların ölkəmizə gətirilməsi barədə həmin qurumların rəhbərləri ilə danışıqlar apararaq razılıq əldə etmiş, xüsusilə Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılması haqqında forumun icraçı direktoru Borge Brende ilə niyyət protokolu imzalamışdır. Artıq 50 illik yubileyini qeyd edən bu mötəbər forum çərçivəsində qəbul edilən mühüm qərarlardan biri də “Naxçıvan” və “Qoşadaş” yataqlarının Rusiyanın “LUKOIL” şirkəti ilə birgə işlənilməsi barədə razılıq əldə edilməsidir.

Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizin mənafelərinin bütün beynəlxalq təşkilatlarda və dövlətlərarası münasibətlərdə cəsarətlə qorunmasına, xalqın böyük etimad və hörmətinin qazanılmasına gətirib çıxarmışdır. Dünyada baş verən siyasi burulğanlar, hərbi münaqişələr və iqtisadi böhranlar mühitində böyük güclərin qurduğu siyasi labirintlərdə dəqiq mövqe nümayiş etdirməsi və düzgün yol seçməsi xalqın öz Prezidenti ətrafında sıx birləşdiyini, Azərbaycanın bütün təhdidlərə və çağırışlara hazır olduğunu bir daha təsdiq etmişdir.

Azərbaycan Prezidenti Vətənimizin müstəqillik illərində, xüsusilə son 26 ildə əldə etdiyi nailiyyətləri səciyyələndirərkən çox haqlı olaraq qeyd edir ki, Azərbaycan artıq 26 ildir sabitlik şəraitində yaşayır və bu illər ərzində ölkəmiz bir əsrə bərabər inkişaf yolu keçmişdir və bu gün dünya miqyasında güclü ölkələr sırasındadır.

Azərbaycanın dünya arenasında sabit və güclü mövqeyini son dövrlərdə, xüsusilə ötən 2019-cu ildə respublikamızda keçirilən çoxsaylı beynəlxalq tədbirlər, dünyanın bir çox tanınmış dövlət və hökumət başçılarının Azərbaycana, eləcə də dövlətimizin başçısının xarici ölkələrə rəsmi və işgüzar səfərləri bir daha təsdiq etdi. Keçən il dünyanın 40-dan çox dövlət və hökumət başçısı Bakıya səfər etmiş, ölkədə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Qoşulmama Hərəkatının zirvə görüşləri keçirilmiş, 120-dən artıq üzv ölkənin yekdil qərarı ilə Azərbaycan ən nüfuzlu beynəlxalq təsisatlardan sayılan bu hərəkata sədrliyi öz üzərinə götürmüşdür. Dünya Dini Liderlərinin Zirvə Görüşünə 70 ölkədən dini liderlər təşrif buyurmuş, bundan başqa UNESCO-nun Dünya İrs Komitəsinin sessiyası da respublikamızın paytaxtında keçirilmişdir. Aydındır ki, belə tədbirlər bundan sonra da ardıcıl surətdə davam etdiriləcək və onlar Azərbaycanın beynəlxalq nüfuzunun getdikcə artmasına xidmət edəcəkdir.

Azərbaycanın iqtisadi uğurlarının qazanılmasında respublikanın Prezidenti İlham Əliyevin ulu öndər Heydər Əliyev siyasətinə sadiqliyi, onun müəyyən etdiyi neft strategiyasını uğurla həyata keçirməsi, neftdən əldə edilmiş gəlirlərin qeyri-neft sektorunun inkişafı, həmçinin ölkənin və xalqın mənafeyi üçün sərf edilməsi, bəzi ölkələrdə olduğu kimi, neftdən asılılığın xalqın faciəsinə gətirib çıxarmasının qarşısının alınması, sosialyönümlü siyasətə geniş meydan verilməsi, xalqın bütün təbəqələrinin faydalandığı infrastruktur layihələrinin böyük cəsarətlə reallaşdırılması, iqtisadiyyatın müasir texnologiyalar əsasında yenidən qurularaq şaxələndirilməsi mühüm rol oynamışdır.

Məhz belə bir siyasətin xalq tərəfindən dəstəklənməsi, ölkədə sosial istiqamətdə görülən əvəzsiz işlər, o cümlədən 3 min 300-dən artıq məktəbin, 700-dən çox tibb ocağının tikilməsi, ölkənin hər yerində yol infrastrukturunun tamamilə yenidən qurularaq 16 min kilometrdən çox yol çəkilməsi, ölkənin energetika sahəsində asılılığının tam aradan qaldırılaraq enerji ixracatçısına çevrilməsi, alternativ enerji mənbələrinin işə salınması, bir vaxtlar xaricdən maliyyə yardımları alan Azərbaycanın artıq donor ölkə kimi tanınması, əlbəttə, Prezident İlham Əliyevin yeritdiyi düzgün və alternativsiz siyasətin nəticəsi hesab edilməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında və əməli fəaliyyətində xalq üçün çalışdığını və görülən bütün işlərin Azərbaycan vətəndaşlarının rifahına xidmət etdiyini dönə-dönə vurğulamışdır. Prezidentin sözü ilə işi arasında bir vəhdətin olduğunu, verilən hər vədin yerinə yetirildiyini görmək üçün sadəcə həyata keçirilən sosial layihələrə nəzər salmaq kifayətdir.

Dövlət başçısının keçən ilin əvvəlində bəyan etdiyi kimi, vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində əldə edilən vəsaitin sosial paket kimi əhaliyə təqdim edilməsi reallaşmış və bu islahatlar nəticəsində əldə olunmuş 1 milyard manatdan çox əlavə vəsait hesabına 4,2 milyon insanı əhatə etməklə minimum əməkhaqqı 2 dəfə, minimum pensiya məbləği 70 faiz, bəzi müavinətlər 50 faiz, bəziləri isə hətta 2 dəfə artırılmışdır. Bu gün Azərbaycan alıcılıq qabiliyyəti nəzərə alınmaqla minimum əməkhaqqı göstəricisinə görə MDB ölkələri arasında 2-ci, minimum pensiyanın dollarla ifadəsinə görə isə 1-ci yerdədir. Azərbaycan Prezidenti 2020-ci il yanvarın 13-də keçirilən müşavirədə xüsusi olaraq qeyd edir: “Sosial sahədə gedən müsbət proseslər və vətəndaşların rifah halının yaxşılaşdırılması bizim üçün prioritet məsələ olaraq qalır”.

Ölkədə gedən bütün proseslərin nəbzini tutmaq, hər bir şəhərdə və rayonda gedən abadlıq, quruculuq proseslərini tənzimləmək, eyni zamanda, yaranan problemlərin həlli üçün operativ tədbirlər görmək baxımından respublikanın regionlarına edilən vaxtaşırı səfərlər böyük əhəmiyyət daşıyır.

2019-cu il oktyabrın 28-də Ağdaşda olarkən Prezident İlham Əliyevin dediyi fikirlər onun vətəndaşların problemlərinə göstərdiyi diqqəti bir daha sübut edir: “Vətəndaşlara xidmət etmək bizim borcumuzdur. Prezident kimi mənim əsas vəzifəm ölkə daxilində olan problemləri həll etməkdir. Ona görə də mən bölgələri gəzirəm, hər il bəlkə də 30-35 rayonda oluram. Elə rayonlar var ki, 10 dəfədən çox olmuşam. Amma 4-5 dəfədən az olduğum rayon yoxdur. Ona görə gəlirəm, vəziyyətlə tanış oluram, mövcud olan problemləri vətəndaşların dilindən eşitmək istəyirəm ki, o problemlər həll olunsun. Ona görə mənim işimin əsas hissəsini daxili məsələlər tutur və məhz buna görə Azərbaycan çox uğurla inkişaf edir”.

Ötən il “Şimal-2” Elektrik Stansiyası, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Karbamid”, “SOCAR Polymer” yüksək sıxlıqlı polietilen, Pirallahı Sənaye Parkında “Diamed Co” şpris istehsalı zavodları, Ağdaşda Biyan Sənaye Parkı, Samur çayı üzərində yeni körpü və digər obyektlər istifadəyə verilmiş, Azərbaycan Prezidentinin səfərləri zamanı bir sıra tarix və mədəniyyət abidələrinin təmir və bərpadan sonra açılışı keçirilmiş, eyni zamanda, vətəndaşlarla çoxsaylı görüşlər olmuşdur. Ağsu, İsmayıllı və Şamaxı rayonlarında zəlzələdən zərər çəkən insanlar üçün qısa vaxtda 580 fərdi yaşayış evi tikilmiş, eyni zamanda, 4 və 5 mərtəbəli binalarda 164 mənzil istifadəyə verilmişdir. Bir çox rayonda tarix-diyarşünaslıq muzeyləri, xalçaçılıq müəssisələri, uşaq bağçaları və digər obyektlər inşa edilmiş, su təchizatı və kanalizasiya sistemləri yenilənmişdir.

2019-cu ildə Azərbaycanın həyata keçirdiyi qlobal layihələrin icrası davam etdirilmiş, noyabr ayında Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində Cənub Qaz Dəhlizinin əsas hissəsinin – TANAP qaz kəmərinin açılışı olmuş, 6,5 milyard dollara başa gələn və gələcəkdə Azərbaycana 100 milyard dollaradək gəlir gətirəcək bu kəmər işə salınmış, TAP layihəsi üzrə əsas işlər isə yekunlaşmaqdadır. Həmçinin Azərbaycanın son illərdə yaradılan logistika imkanları öz bəhrəsini verməkdədir və təkcə keçən il Azərbaycan üzərindən 13 milyon 950 min ton yük daşınmışdır.

Azərbaycanın 2019-cu ildə qazandığı nailiyyətlər barədə Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində ətraflı bəhs edərək, xalqın güzəranını yaxşılaşdırmaq üçün görülən işləri, iqtisadi göstəriciləri, həmçinin sosial tədbirləri şərh etmiş, bütün islahatların xalqın güzəranını yaxşılaşdırmaq üçün həyata keçirildiyini qeyd edərək demişdir: “Bizim sosial siyasətimiz bir daha onu göstərir və mən dəfələrlə bəyan etmişəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əminəm ki, gələcək illərdə iqtisadi imkanlarımız genişləndikcə, sosial sahəyə bundan da böyük diqqət göstəriləcək”.

Azərbaycanın 2019-cu ildə əldə etdiyi bütün nailiyyətlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən innovativ inkişaf strategiyasının bəhrəsidir. Bu gün Azərbaycanın son 16 ildə əldə etdiyi göstəricilər təhlil edilərkən onun dünyanın ən güclü dövlətlərində olan artım səviyyəsindən heç də geri qalmadığı məlum olur.

Dövlət başçısı bu il yanvarın 13-də keçirilmiş və 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə Azərbaycanın iqtisadi nailiyyətlərini qonşu ölkələrlə, xüsusilə Ermənistanla konkret rəqəmlər əsasında müqayisə etmişdir. Azərbaycan Prezidentinin çıxışını hər kəsin izlədiyini nəzərə alaraq, deməliyik ki, göstərilən rəqəmlər müqayisəolunmaz dərəcədə fərqlənir və onların hamısını təkrar sadalamağa ehtiyac belə yoxdur. Azərbaycanın nailiyyətlərinin göz qabağında olduğu aydın görünür. Təkcə bir fərqi göstərmək kifayətdir ki, ordumuz dünyanın ən güclü orduları reytinqində 52-ci yerdə, Ermənistan ordusu isə 96-cı yerdədir. Burada bir məsələni mütləq nəzərə almaq lazımdır ki, Azərbaycan bütün nailiyyətləri öz gücü, öz imkanları hesabına, apardığı düzgün iqtisadi siyasət sayəsində əldə etmişdir. Şübhə yoxdur ki, öz işğalçılıq siyasətinin girovuna çevrilən, əslində, vassal dövlət olaraq xarici ianələr, yardımlar hesabına yaşayan Ermənistan mütləq iqtisadi cəhətdən çökəcək və qüdrətli ordumuz qarşısında tab gətirməyərək tezliklə müqəddəs torpaqlarımızı tərk edəcəkdir.

Ölkənin uğurlu inkişafı, ilk növbədə, xalqın iqtidara inam və hörmətindən, ona güvənməsindən və onu daim dəstəkləməsindən irəli gəlir. Bu baxımdan Azərbaycanın dövlət başçısına yalnız qibtə edilə bilər. Azərbaycan Prezidentinin 2019-cu il oktyabrın 28-də Ağdaş rayonundakı görüşündə qeyd etdiyi kimi: “Xalqın hökumətə inamına görə indi biz birinci onluqdayıq. Bu, nəyi göstərir? Bunu biz demirik, bunu geniş təhlil aparan dünyanın ən mötəbər qurumları deyir və bu da həqiqətdir. Bizim gücümüzün də mənbəyi budur. Çünki xalq-iqtidar birliyi bizim inkişafımızı şərtləndirir və bu dəstək bizə güc verir ki, biz öz sözümüzü deyək, öz mövqelərimizi müdafiə edək”.

Bu birliyin, bu dərin hörmətin kökündə ölkədə aparılan böyük quruculuq işlərinin, ilk növbədə, ardıcıl davam etdirilən sosial siyasətin dayandığı hamıya aydındır. Sosial problemlərin uğurla həlli Azərbaycan xalqının gündəlik həyatında və güzəranında öz əksini tapır və onun dövlətə inamını daha da yüksəldir. Prezident İlham Əliyev bunu öz çıxışlarında daim vurğulayaraq 2019-cu il martın 7-də Ağsu rayonundakı çıxışında bildirir: “Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün bütün lazımi addımlar atılacaq”.

Azərbaycanın bugünkü nailiyyətlərinin qazanılmasında ölkədə yeni təsis olunan və artıq özünü ölkə həyatının mühüm qollarından biri kimi təsdiq etmiş vitse-prezidentlik institutu da mühüm rol oynayır. Azərbaycan xalqının xüsusi hörmətini və etimadını qazanmış Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində bunun çox uğurlu bir yenilik olduğu öz təsdiqini tapmışdır. Ölkənin Birinci vitse-prezidenti artıq bir çox mühüm yeniliklərin təşəbbüskarına çevrilmişdir. Mehriban xanım Əliyevanın gördüyü işlər son dərəcə əhatəli və vacibdir, ölkəmizin iqtisadi inkişafına, bir çox vacib sosial problemlərin həllinə, xarici ölkələrdə həyata keçirilən humanitar layihələr vasitəsilə mövqelərimizin gücləndirilməsinə, bütövlükdə ümumi işimizə verilən böyük töhfədir. Təsadüfi deyildir ki, Azərbaycan vətəndaşları bir çox problemlərinin həlli üçün ona müraciət edir və haqlı tələblərinin əksəriyyətinə müsbət cavab ala bilir, zəruri yardımlar əldə edirlər.

Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsində, onun dünyada siyasi nüfuzunun gücləndirilməsində də böyük xidmətləri danılmazdır. Nəinki Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda, özünü qətiyyətli, güclü ictimai-siyasi və dövlət xadimi, güclü şəxsiyyət, ən işgüzar birinci xanım kimi tanıtmış bu yorulmaz insan tükənməz enerji ilə çalışaraq mühüm dövlət işlərini vətəndaş, ailə qayğıları ilə uzlaşdıra bilmiş, elm və sənət adamının da, din xadiminin də, əsgər və zabitin də, sıravi insanın da ümid və pənah ünvanına çevrilmişdir. Onun ötən il etdiyi 8 xarici səfəri, keçirdiyi 30-dan çox görüşü, ölkədə 12 mərkəzin açılışında iştirakı və gördüyü misilsiz işlər müqabilində aldığı mükafatlar buna sübutdur. 2019-cu ilin avqustunda Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri təkcə onun üçün deyil, bütün xalqımız üçün əlamətdar hadisə oldu. Həmin səfər zamanı onun Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilməsi, iyul ayında Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında BMT-nin Baş katibinin müavini Liu Cenmin tərəfindən BMT-nin rəqəmsal idarəetmənin inkişafı sahəsində xüsusi mükafatının təqdim olunması, daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilməsi onun əməyinə verilən yüksək qiymətdir. Ancaq Mehriban xanım Əliyevanın ən böyük mükafatı xalqımızın ona bəslədiyi sonsuz inam və tükənməz məhəbbətdir.

Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsində, mədəniyyət və incəsənətinin dünyaya tanıdılmasında, ölkəmizdə keçirilən böyük humanitar və idman tədbirlərinin təşkilində mühüm rol oynayan Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşların problemlərinin həllində, onların müraciətlərinə daha diqqətlə baxılmasında var qüvvəsi ilə çalışır. Məhz onun təşəbbüsü, habelə Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyevanın yaxından köməyi və iştirakı ilə respublikada böyük humanitar tədbirlər keçirilir, ehtiyacı olan insanlara dəstək və yardımlar göstərilir, insanların öz qabiliyyətini və işgüzar potensialını üzə çıxarması üçün bir-birindən uğurlu layihələr reallaşdırılır. Belə tədbirlərin təkcə respublika daxilində deyil, ölkəmizin hüdudlarından kənarda da keçirilməsi, Xocalı soyqırımı, 20 Yanvar faciəsi kimi tarixi hadisələr barədə dünya ictimaiyyətinə obyektiv məlumat verilməsi daim müsbət qiymətləndirilir. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və bu qəbildən olan digər insanların həyat şəraitinin yaxşılaşdırılması, onlara qayğının gündən-günə artırılması xalqımız tərəfindən böyük minnətdarlıqla qarşılanır.

2019-cu il Azərbaycanın təkcə iqtisadi sahədə deyil, digər sahələrdə də böyük uğurları ilə yadda qalmışdır. Azərbaycan Respublikası Prezidentinin il ərzində açılışını etdiyi saysız-hesabsız istehsalat və sosialyönümlü obyektlər, eləcə də yeni qlobal və yerli infrastruktur layihələri üçün ayırdığı vəsaitlər, təsdiq etdiyi geniş proqramlar və yol xəritələri Azərbaycanın növbəti ildə də qazanacağı böyük uğurların təməlini qoymuşdur.

Azərbaycan Respublikasının Milli Məclisinə bu il fevralın 9-da keçirilən növbədənkənar seçkilər də genişmiqyaslı islahatların tərkib hissəsidir. Beynəlxalq müşahidəçilər bu seçkilərin dünya standartlarına uyğun, obyektiv, ədalətli və tam şəffaf şəraitdə keçirilməsini yüksək qiymətləndirmiş, bu seçkilər əsl vətəndaş fəallığı nümunəsinə, xalqın iradəsinin sərbəst, azad ifadəsinə, bir sözlə, demokratiyanın təntənəsinə çevrilmişdir.

Görülən işlərin əzəmətini əks etdirən minnətdarlıq məktubları

Ölkə vətəndaşları hər zaman olduğu kimi, 2019-cu ildə də sosial problemlərinin həlli, həyata keçirilən abadlıq-quruculuq işləri, ölkəmizin qazandığı nailiyyətlər və uğurlarla əlaqədar dövlətimizin başçısına çoxsaylı minnətdarlıq məktubları göndərmişlər. Onlar öz problemlərinin həlli ilə yanaşı, respublikada aparılan əzəmətli quruculuq işlərindən duyduqları böyük sevinc hissini ifadə etməyi özlərinə borc hesab edirlər. Belə məktublar, demək olar ki, Azərbaycanın bütün bölgələrini əhatə edir. Eyni zamanda, xarici ölkə vətəndaşlarından, habelə xarici ölkələrdə yaşayan soydaşlarımızdan daxil olan minnətdarlıq məktubları da az deyildir.

Vətəndaşlar dövlətin həyata keçirdiyi siyasəti, dövlət başçısının xalqa olan diqqət və qayğısını təqdir etdikləri kimi, Prezident İlham Əliyev də xalqın ümumi məsələlərə münasibətini, dövlətin öz xalqından güc aldığını vurğulayaraq deyir: “Bütün bunlar əlbəttə ki, gördüyümüz işlərə verilən yüksək qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən verilən qiymətdir. Bu yaxınlarda aparılan sorğuya əsasən demək olar ki, əhalinin mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini, bizim apardığımız siyasəti birmənalı şəkildə dəstəkləyir. Əlbəttə ki, bu dəstək bizə güc verir, iradəmizi artırır və biz islahatlara daha da böyük həvəslə, daha da böyük imkanlarla meyil göstəririk, bu islahatları aparırıq”.

Yola saldığımız 2019-cu il ölkə tarixində mühüm sosial islahatlar ili kimi yadda qaldığına və bu islahatların təsir dairəsi çox geniş olduğuna görə bununla bağlı il ərzində xeyli minnətdarlıq məktubu daxil olmuşdur. Ümumiyyətlə, ölkəmizin sürətli inkişafı və bunun fonunda xalqımızın güzəranının yaxşılaşması vətəndaş məktublarının mütləq əksəriyyətini səciyyələndirən əsas mövzulardandır. Gəncədən M.Orucov, K.Əhmədov və başqaları dövlət başçısına müraciətlərində yazırlar: “Sizin respublikamıza rəhbərliyiniz dövründə ölkəmizin sosial-iqtisadi inkişafı üçün çox işlər görülüb, uğurlu siyasətiniz nəticəsində Azərbaycan iqtisadi cəhətdən qüdrətli ölkəyə çevrilib, xalqımız isə daha firavan yaşayır. Bütün bunlar Sizin gərgin əməyinizin nəticələridir”.

Bakının Nəsimi rayonundan S.Salahov, Nizami rayonundan R.Naibova, Babək rayonundan M.Cəfərov, Şirvandan E.Hüseynov, Abşeronun Masazır kəndindən M.Hüseynov, Astaranın Vaqo kəndindən Z.Abbasov, Balakənin Qullar kəndindən İ.Şıxməmmədov, Biləsuvarın Aşağı Cürəli kəndindən B.Əzizov, Cəbrayıldan məcburi köçkün C.Mehralıyev, Cəlilabadın Qarakazımlı kəndindən F.Ağayev, Gədəbəyin Gərgər kəndindən R.Abbasov, M.Nağıyev, Göyçayın Bığır kəndindən N.Qəhrəmanova, Qaxdan N.Məmmədov, Siyəzəndən A.Hüseynov, Şabranın Ağbaş kəndindən İ.Şahpələngova, Şəmkirin Qapanlı kəndindən M.Həsənova, Tovuzdan E.Qasımov və digər şəhər və rayonlardan olan vətəndaşlar Azərbaycanın son 26 ildə keçdiyi şanlı inkişaf yoluna nəzər salır, ölkəmizin qazandığı böyük nailiyyətləri vurğulayır, bütün bunlara görə ümummilli liderimiz Heydər Əliyevə Uca Allahdan rəhmət diləyir, onun ideyalarını cəsarətlə həyata keçirən dövlət başçısına dərin minnətdarlıqlarını ifadə edirlər.

Vətəndaşlar bu gün ölkəmizdə müşahidə olunan sürətli sosial-iqtisadi inkişafın respublikada demoqrafik vəziyyətə müsbət təsir göstərdiyini qeyd edərək, ötən il 10 milyonuncu Azərbaycan sakininin dünyaya gəlməsindən yaranan sevinclərini də bölüşür, bununla fəxr etdiklərini bildirirlər.

Suraxanının Hövsan qəsəbəsindən F.Hacıyev bu barədə fikirlərini belə ifadə edir: “Bir vətəndaş olaraq, 10 milyonuncu Azərbaycan sakininin dünyaya gəlməsindən qürur hissi keçirirəm. Sizin Mehriban xanımla birlikdə uşağın doğulduğu səhiyyə ocağına getməyiniz, onun valideynləri ilə görüşüb səmimi söhbət etməyiniz, dövlət tərəfindən bu ailəyə mənzil verilməsi və hesablarına vəsait köçürülməsi Azərbaycan vətəndaşına olan yüksək qayğının əyani sübutudur”.

Azərbaycan vətəndaşları ölkəmiz üçün taleyüklü məsələlərdə, xüsusilə Qarabağ məsələsində hər zaman birlik, həmrəylik nümayiş etdirir və dövlət başçısının hər bir qəti addımını dəstəkləyirlər. Ötən il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı dövlət başçısının Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının xülya olduğunu vurğulayaraq, “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməsi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş rezonans doğurdu. Bakının Binəqədi, Qaradağ, Nərimanov, Nizami rayonlarından, Naxçıvan Muxtar Respublikasından, Gəncə, Mingəçevir, Sumqayıt, və başqa şəhərlərdən, Abşeron, Ağdam, Balakən, Cəlilabad, Daşkəsən, Qobustan, Qubadlı, Qusar, Masallı, Salyan, Tərtər, Zərdab və digər rayonlardan bununla əlaqədar gələn onlarla fərdi və kollektiv minnətdarlıq məktubunda Prezidentin bu cəsarətli çıxışı ilə bağlı xoş sözlər əksini tapmışdır.

Xətai rayonundan A.Hacıyev yazır: “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasındakı çıxışınızı fəxrlə izlədim. “Qarabağ Azərbaycandır və nida işarəsi” deməyiniz məni həm qürurlandırdı, həm də kövrəltdi. Mükəmməl, olduqca qətiyyətli və sərrast cavabdır”.

Ordu quruculuğu sahəsində görülən işlər də vətəndaşların hər zaman xüsusi önəm verdiyi məsələlərdən biridir. Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, keçirilən xüsusi təlimlər hesabına zabit və əsgər heyətinin peşəkarlıq səviyyəsinin ildən-ilə yaxşılaşdırılması müsbət amil kimi dəyərləndirilir. Vətəndaşları ən çox razı salan məqamlardan biri də hərbi hissələrdə əsgərlər üçün yaradılan yüksək şəraitdir. Əsgər ataları – Ordubaddan S.Qasımovun və Şəkidən İ.Nəcəfovun məktubları məhz bununla bağlıdır. Onlar ordudakı mövcud şəraiti təqdir etməklə yanaşı, övladlarının Vətən üçün xidmət etməkdən qürur hissi keçirdiklərini, Ali Baş Komandanın tez-tez cəbhə bölgəsində olmasının, əsgərlərlə görüşüb onların durumları ilə maraqlanmasının hamıda böyük ruh yüksəkliyi yaratdığını bildirirlər.

Milli-mənəvi dəyərlərimizə, tarixi və mədəni irsimizə hörmət və ehtiramla yanaşılması, onların qorunub saxlanılması və təbliğ edilməsi dövlətimizin hər zaman xüsusi diqqətdə saxladığı məsələlərdir. Yola saldığımız 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi bunu bir daha təsdiq edir. Masallının Hişkədərə kəndindən müəllim-filoloq M.Şahbazova bu barədə yazır: “Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq 2019-cu ili “Nəsimi ili” elan etməyiniz təqdirəlayiq bir addımdır. Bu, Sizin Azərbaycan mədəniyyətinə və ədəbiyyatına verdiyiniz böyük dəyərin daha bir nümunəsidir”.

Mart ayının 1-də dövlət başçısının mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü, həmin görüşdə səsləndirdiyi fikirlər, bunun ardınca martın 4-də və aprelin 17-də Azərbaycan teatrlarının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalaması, həmin tədbirdə böyük mesenat H.Z.Tağıyevin Bakı şəhərində heykəlinin qoyulması təklifinə müsbət yanaşması həm yaradıcı insanlar, həm də sıravi vətəndaşlar tərəfindən çox bəyənildi. İsmayıllıdan Ş.Rəsulov və başqaları bununla əlaqədar fikirlərini belə ifadə edirlər: “Mədəniyyət və incəsənət xadimləri ilə görüşünüzə baxan zaman Sizin bənzərsiz Prezident olduğunuzu bir daha dərindən dərk etdik. Övladlarımızın, nəvələrimizin sabahı, gələcəyi üçün arxayın olub, Sizə, dövlətimizə minnətdarlığımızı bildirərək, Allaha şükür edir, ömrümüzü fıravanlıqla davam etdiririk”.

Ötən il iyulun 7-də Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi də ilin yadda qalan uğurlarından biri oldu. Bununla bağlı dövlətimizin başçısına onlarla minnətdarlıq məktubu ünvanlanmışdır. Şəkidən 2-ci qrup Qarabağ müharibəsi əlili M.Əzizov yazır: “Bu tarixi hadisədən qürur hissi keçirirəm. Ölkəmizin daha da inkişafı, xalqımızın firavan yaşayışı, mədəniyyət nümunələrimizin bütün dünyaya nümayiş olunması istiqamətindəki səylərinizi alqışlayır, Sizə cansağlığı, uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram”.

Qeyd edək ki, bundan əvvəl İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi həmin təşkilatın Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmişdir.

Bunlarla yanaşı, Bakı Dövlət Universitetinin 100 illik, Sumqayıt şəhərinin 70 illik yubileyləri ilə əlaqədar daxil olmuş çoxsaylı minnətdarlıq məktublarında həm ayrı-ayrı kollektivlər, həm də sadə vətəndaşlar Prezident İlham Əliyev tərəfindən göstərilən qayğıya, bu əlamətdar yubileylərdə onun şəxsən iştirakına, dərin məzmunlu nitqlərinə, etdiyi təltiflərə görə razılıq bildirirlər.

Hər kəsə məlum olduğu kimi, Azərbaycan dövləti sosialyönümlü siyasət yürüdür, insanların sosial problemlərinin həllini diqqətdə saxlayır və bu istiqamətdə mühüm layihələr həyata keçirir. Ölkəmizdə işsizlik faizinin minimuma endirilməsi üçün müvafiq tədbirlər görülməkdədir. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının dediyi kimi, “İş yerlərinin yaradılması üçün, əlbəttə ki, vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır” .

Ötən il özünüməşğulluq proqramına 10 min 352 nəfər cəlb olunmuşdur ki, bu da 2018-ci ildəkindən 72 faiz çoxdur. Proqrama cəlb olunan vətəndaşlarımızdan 6 min 395 nəfəri, yəni 62 faizi xüsusi kateqoriyadan olan şəxslər, o cümlədən 2 min 373-ü əlilliyi olan şəxslər, 257-si şəhid ailəsi üzvləri, 1860-ı məcburi köçkünlər, 479-u ünvanlı sosial yardım alanlar, 1426-sı gənclərdir.

Bakının Nizami rayonundan R.Əhmədov, Gəncədən Ş.Abbasova, Astaranın Ərçivan qəsəbəsindən M.Səmədov, Cəbrayıldan V.Turabov, Cəlilabaddan B.Cabbarlı və başqaları (cəmi 117 nəfər), Goranboydan İ.Nəcəfov, Hacıqabuldan N.Məmmədov, İmişlinin Cəfərli kəndindən N.Əliyev və başqaları (cəmi 92 nəfər), Qazaxdan N.Mahmudov, Sabirabadın Əsgərbəyli kəndindən İ.Əmiraslanov, Cavad kəndindən L.Fərəcova, Balvar kəndindən M.Bağırov, Əlicanlı kəndindən R.İsmayılov, Əhmədabad kəndindən N.Cavaxov, Tərtərin Qaynaq kəndindən H.Mahmudov və digər şəhər və rayonlardan aztəminatlı ailələrin rifahının yaxşılaşmasına müsbət təsir göstərən özünüməşğulluq proqramının həyata keçirilməsinə və onlara bu proqram çərçivəsində lazımi şəraitin yaradılmasına görə təşəkkür edirlər.

Bu məktubların bir çoxunda vətəndaşlar aztəminatlı ailələrin ünvanlı sosial yardım proqramından asılılığının aradan qaldırılması, onların kiçik sahibkarlığa keçidinin təmin olunması məqsədi daşıyan özünüməşğulluq proqramını bəyəndiklərini və dəstəklədiklərini bildirir, yaradılmış imkandan səmərəli istifadə edərək təsərrüfatlarını ildən-ilə genişləndirməyə çalışdıqlarını və buna nail olacaqlarına inandıqlarını yazırlar.

Biləsuvardan Y.Fətəliyev, T.Şirinov və başqaları (cəmi 73 nəfər) isə fikirlərini belə ifadə edirlər: “Özünüməşğulluq proqramının çox böyük əhəmiyyəti var. Sizin tapşırığınız əsasında icra olunan proqrama biz də cəlb edilmişik. Çoxdan idi ki, öz təsərrüfatımızı yaratmaq istəyirdik, lakin maddi imkanımız yetərli olmadığına görə bunu edə bilmirdik. Özünüməşğulluq proqramı bu sahədə bizə çox böyük kömək oldu. Proqrama uyğun olaraq bizə mal və materiallar verildi, indi hər birimiz öz ailə təsərrüfatımızı qurmuşuq”.

Sosial məsələlərin həllində, o cümlədən əhalinin məşğulluğunun təmin edilməsində mühüm töhfələrdən biri də Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin yaradılmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il mayın 9-da Bakının Yasamal rayonunda DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində demişdir: “Sosial sahə bizim üçün prioritet sahədir. Bu sahəyə çox böyük diqqət göstərilir və bu istiqamətdə aparılan islahatlar artıq özünü göstərir. DOST Agentliyinin yaradılması bu istiqamətdə atılmış çox önəmli islahatdır. Növbəti illərdə bu agentliyin fəaliyyətinin genişləndirilməsi, əminəm ki, vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcək”.

Lerikdən G.Quliyevanın məktubunu buna misal göstərmək olar. O, yazır: “Dolanışığımızı daha da yaxşılaşdırmaq üçün müraciət etmişdim. Müraciətimə baxıldı və məni “DOST İş Mərkəzi”ndə işə götürdülər. Ailəmizin maddi vəziyyəti xeyli yaxşılaşdı”.

Sosial məsələlər barədə digər müraciətlərdə Pirallahıdan F.Məmmədov, Lənkəranın Liman şəhərindən H.Əzizov, M.Qasımova, N.Hüseynova, Hacıqabulun Atbulaq kəndindən R.Rəhimov da işlə təmin olunmalarına görə təşəkkür edir, Göygöldən S.Rzayeva, T.Əhmədova ünvanlı sosial yardım verilməsinə, Sabirabaddan S.Abdullayev tənha ahıllara sosial xidmət göstərilməsinə, Samuxdan S.İsayev və başqaları xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün günərzi qayğı mərkəzinin yaradılmasına görə razılıq bildirirlər.

Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə sosial müavinətlərin artırılmasını, bəzi əhali qrupları üzrə, o cümlədən müharibə veteranları üçün Prezident təqaüdünün təsis edilməsini, bütün qruplardan olan müharibə əlillərinə, habelə I qrup əlilliyə görə sosial müavinət alanlara, Böyük Vətən müharibəsi iştirakçılarına və bir sıra digər şəxslərə verilən Prezident təqaüdünün məbləğinin artırılmasını vətəndaşlar çox böyük razılıqla qarşıladılar.

Bu məsələlərlə əlaqədar minnətdarlıq məktublarının coğrafiyası çox genişdir. Bakı, Culfa, Sədərək, Şahbuz, Lənkəran, Sumqayıt, Şirvan, Yevlax, Ağdaş, Ağsu, Cəbrayıl, Cəlilabad, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xocavənd, İmişli, İsmayıllı, Qazax, Quba, Qusar, Lerik, Saatlı, Şamaxı, Ucar, Yardımlı, Zərdab, habelə digər şəhər və rayonlardan yüzlərlə belə məktub daxil olmuşdur.

Gədəbəydən I qrup əlil F.Alıyev dövlətimizin başçısının “I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” 2019-cu il 3 may tarixli Sərəncamı əsasında təhsil haqqı ödənişindən azad olunduğuna görə yazır: “Bu, çox humanist və təqdirəlayiq bir addımdır. Artıq ödənişli əsaslarla ali təhsil müəssisələrinə daxil olan əlil tələbələr təhsil haqqı problemi yaşamır və öz dərslərinə daha çox diqqət ayırırlar”.

Ölkəmizin sürətli iqtisadi inkişafı sayəsində həyata keçirilən uğurlu sosial siyasət əhalinin bütün kateqoriyalarını əhatə edir. Onlar bu siyasətin nəticəsini öz gündəlik həyatlarında görür, hiss edir və bununla əlaqədar təşəkkür etməyi də yaddan çıxarmırlar. Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri – Nəsimidən Z.Umarov, Pirallahıdan T.Abbasov, Mingəçevirdən A.Xəlilova, Q.Xuduyeva və başqaları bu kateqoriyadan olan vətəndaşlara verilən Prezident təqaüdünün artırılmasına, Xəzərdən B.Hüseynova, Yasamaldan R.Ərəbxanova, Abşeronun Məhəmmədi kəndindən Y.Nadirli, Saray qəsəbəsindən İ.Quliyev, Ağcabədinin Yuxarı Qiyaməddinli kəndindən T.Qasımov, D.Əliyeva, Hacıbədəlli kəndindən N.Əsgərov mənzillə və ya fərdi yaşayış evi ilə təmin olunduqlarına görə təşəkkür etmişlər.

Qaradağın Lökbatan qəsəbəsindən Vaqif və Şəfiqə Süleymanovlar, Nizami rayonundan (Bakı) G.Ömərova, Şəkinin Kiş kəndindən E.Aslanova, Ağdamdan Ə.Səfərova və başqaları, Göygöldən H.Verdiyeva və başqaları, Masallının Qarğalıq kəndindən H.Vəliyev, Sabirabadın Narlıq kəndindən H.Əliyev, digər şəhər və rayonlardan başqaları şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsinə görə Azərbaycan Prezidentinə minnətdarlıq məktubu ünvanlamışlar.

Binəqədidən Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat yoldaşı Qalina Hacıyeva isə bunları yazır: “Mən özüm əslən Belarusdanam. Artıq 30 ildən çoxdur ki, ailəmlə birlikdə sevimli Azərbaycanda yaşayıram. Bu müddət ərzində bizə göstərdiyiniz köməyə və dəstəyə görə bütün şəhid ailələri və Azərbaycanın Milli qəhrəmanlarının ailələri adından Sizə təşəkkürümü bildirmək istəyirəm. Sizə və Mehriban xanıma “Çox sağ olun!” deyirəm ki, Vətənimizin rifahı naminə yorulmadan çalışırsınız. Sizin sayənizdə ölkəmiz gözəl və firavan diyara çevrilib”.

Bundan başqa, Qaradağdan Ə.Zeynalov, Sabunçunun Ramana qəsəbəsindən V.Behbudov, Səbailin Badamdar qəsəbəsindən B.Ağayev, Naftalandan N.Məmmədov, Sumqayıtdan A.Eyvazov, Yevlaxın Qoyunbinəsi kəndindən S.Əskərova, Abşeronun Xırdalan şəhərindən F.İsayev, Bərdənin Böyük Göyüşlü kəndindən Q.Kazımov, Daşkəsəndən S.Abdullayeva, Füzulinin Horadiz şəhərindən A.Abbasov, Neftçaladan G.Cəfərova və başqaları şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısından razılıqlarını ifadə etmişlər.

Məcburi köçkünlər – Ağdamdan N.Abbasov, N.Həsənov, Cəbrayıldan Ş.Muradxanlı, Qubadlıdan T.Əliyev və E.Baxşəliyev, Şuşadan K.Məmmədli, S.Muradov, digər şəhər və rayonlardan başqaları yeni salınmış yaşayış komplekslərində mənzillə təmin olunmaları ilə əlaqədar sevinc hisslərini bölüşürlər.

Füzulidən V.Ədilzadə, Xocavənddən T.Əliyev, Kəlbəcərin Ağcakənd kəndindən İ.Nuriyev, Zəngilandan K.Mahmudov, digər şəhər və rayonlardan başqaları məcburi köçkünlərə göstərilən dövlət qayğısından, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin artırılmasından razılıqlarını bildirirlər. Ağsuda məskunlaşmış Laçından olan məcburi köçkün N.Rüstəmovun fikirləri maraq doğurur: “Siz məcburi köçkünlərin rahat yaşaması, övladlarımızın təhsil alması, ümumilikdə isə Azərbaycan xalqının firavanlığı üçün yorulmadan çalışır, böyük əmək sərf edirsiniz. Sizin sayənizdə on minlərlə məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır”.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Tarif Şurasının qərarı ilə ötən il mayın 1-dən təbii qazın aşağı tariflə illik istehlak həcminin 1700 kubmetrdən 2200 kubmetrədək artırılması vətəndaşlar tərəfindən ölkəmizdə həyata keçirilən sistemli sosial siyasətin davamı kimi qiymətləndirildi. Biləsuvardan E.Əliyevin məktubunda deyildiyi kimi, bu, eyni zamanda, vətəndaşların ailə büdcəsinə dövlətimizin başçısı tərəfindən göstərilən dəstəkdir. Xətai rayonundan A.Hüseynovun, Astaradan E.Həbibovun, İmişlidən Q.Bayramovun, digər şəhər və rayonlardan başqalarının məktubları da bu qəbildəndir.

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı tədbirlər görülməsi də vətəndaşlara göstərilən qayğıdan irəli gəlir və əhalinin güzəranının yaxşılaşmasına xidmət edir. Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev demişdir: “Digər önəmli məsələ problemli kreditlərlə bağlı idi. ...Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub. Nə üçün? Ona görə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik. Beləliklə, 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu”.

Devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə üzləşdikləri maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə Azərbaycan Prezidentinin ötən il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı bu baxımdan olduqca böyük əhəmiyyət kəsb etdi. Ümumilikdə, 602 min 347 fiziki şəxsi əhatə edən bu Fərman çərçivəsində həmin şəxslərə 657 milyon manat məbləğində kompensasiya nəzərdə tutulmuş, artıq 2019-cu ildə 600 min nəfər üzrə 645 milyon manat kompensasiya ödənilmişdir. Beləliklə, Fərmanın icra faizi əhatə dairəsi üzrə 99,6 faizə çatmışdır.

Xəzərin Binə qəsəbəsindən F.İsmayılov, Qaradağdan G.İsgəndərova, Nizami rayonundan (Bakı) Q.Salahov, Suraxanının Zığ qəsəbəsindən O.Süleymanova, Yasamaldan N.Musayev, Naxçıvan şəhərindən M.Məmmədov, Şərur rayonunun Şəhriyar kəndindən İ.İbrahimov, Lənkəranın Şağlaküçə kəndindən N.Novruzov, Mingəçevirdən S.Rəşidova, Sumqayıtdan E.Vəliyev, Şəkidən T.Abdullayev, Yevlaxın Ərəş kəndindən G.Mürşüdova, Ağdamın Qasımlı kəndindən M.İsgəndərova, Ağstafanın Poylu kəndindən S.Əhmədova, Bərdədən A.Şükürzadə, Xocavənddən Ş.Dadaşova, İsmayıllıdan V.Ağayev, Qazaxın Orta Salahlı kəndindən M.Alnazarova, Qəbələnin Kötüklü kəndindən N.Nəbiyev, Saatlıdan S.Əzizov, Şəmkirdən V.Cəfərova, Tovuzun Aşağı Öysüzlü kəndindən Ə.Əhmədova, Zaqatalanın Faldarlı kəndindən A.Abdullayev, digər şəhər və rayonlardan olan vətəndaşlar ödəməkdə çətinlik çəkdikləri kreditlərə görə onlara müəyyən məbləğdə kompensasiya ödənilməsinə və ya borclarının silinməsinə görə razılıq etmişlər.

Şirvandan A.Allahverdiyevin məktubunda isə bu sözlər yer alır: “Siz bizi böyük bir çətinlikdən qurtardınız. Problemli kreditlərin həlli istiqamətində atdığınız addım Sizin xalqın yanında olduğunuzu bir daha göstərdi”.

Dövlətimizin başçısının çətinliklə üzləşən vətəndaşlara dərhal kömək əlini uzatdığını ölkəmizdə baş verən təbii fəlakətlər və texnogen hadisələr dövründə hər zaman müşahidə etmişik. 2019-cu ilin fevral ayında Ağsuİsmayıllı, Şamaxı rayonlarında baş vermiş zəlzələ ilə əlaqədar görülən işlər barədə həmin rayonlardan, habelə Nərimanov, Nəsimi, Astara, Bərdə, Goranboy, Masallı, Zaqatala, digər şəhər və rayonlardan onlarla minnətdarlıq məktubu daxil olmuşdur. Dövlət başçısının zəlzələ baş verən bölgəyə getməsi, insanların üzləşdiyi problemlə yerində tanış olması və onların aradan qaldırılması barədə göstərişlər verməsi və müvafiq sərəncamlar imzalaması həmin rayonların sakinləri ilə yanaşı, digər bölgələrdən olan insanlar tərəfindən də yüksək qiymətləndirilmişdir.

Qubadan T.Əmiraslanov yazır: “Bir neçə gün əvvəl zəlzələdən zərər çəkmiş insanlarla bərabər oldunuz, onların dərdini dinlədiniz. Bu mənzərə Sizin hər bir vətəndaşın yanında olduğunuzun əyani göstəricisidir”.

Qeyd edək ki, zəlzələ nəticəsində ziyan çəkmiş insanlardan yeni evlə təmin olunmaları və evlərinin təmir-bərpa edilməsi barədə də minnətdarlıq məktubları daxil olmaqdadır.

Ağdamın Mirəşelli kəndindən M.Quliyev, Əfətli kəndindən M.Abdullayev, Kolqışlaq kəndindən R.Quluyev, Sarıcalı kəndindən E.Nəsirov isə düşmən atəşindən zərər görmüş evlərinin bərpa edilərək onlara təhvil verilməsindən sevindiklərini, bu addımın cəbhə bölgəsində yaşayan insanlara böyük mənəvi güc verdiyini vurğulayırlar.

Bakının Nizami rayonunda yerləşən “Diqlas” ticarət mərkəzində baş vermiş yanğın hadisəsi zamanı ziyan çəkmiş sahibkarlara dövlət tərəfindən maddi yardım göstərilməsi haqqında Azərbaycan Prezidentinin 2019-cu il 29 mart tarixli, həmçinin Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində qəzalı vəziyyətə düşmüş binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə 2019-cu il 6 fevral tarixli sərəncamları da vətəndaşlarda böyük razılıq hissi doğurmuşdur. Bu hadisələrlə əlaqədar Xətai, Nərimanov, Yasamal, Gəncə, Mingəçevir, Ağdam, Biləsuvar, digər şəhər və rayonlardan daxil olmuş məktublarda bir fikir xüsusi vurğulanır: “Çox şadıq ki, dövlətimiz hər zaman olduğu kimi, yenə çətinliklə üzləşmiş insanları darda qoymadı”.

Azərbaycan Prezidentinin humanizminin təcəssümü olan 2019-cu il 16 mart tarixli Sərəncamı ilə ötən il ümumilikdə 431 nəfər əfv olunmuş, o cümlədən azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 399 nəfər cəzanın çəkilməmiş hissəsindən, 12 nəfər cərimə cəzasından, 11 nəfər şərti cəzadan azad edilmiş, 3 nəfərin cəza müddəti azaldılmış, qalan 6 nəfər barədə müvafiq humanist qərarlar verilmişdir.

Əfv olunaraq azadlığa çıxan Yasamal rayon sakini M.Səlimov da dövlətimizin başçısının insan amilinə verdiyi dəyəri xüsusi vurğulayaraq yazır: “Novruz bayramı ərəfəsində mərhəmət və humanizm göstərərək yüzlərlə şəxs kimi mənə də ailəmə qovuşmağı hədiyyə etdiyinizə görə Sizə dərin təşəkkürümü, hörmət və ehtiramımı bildirirəm”.

Bu mövzuda daxil olmuş digər müraciətlərdə Sabunçunun Maştağa qəsəbəsindən T.Aslanov və Gəncədən C.Səfərova övladlarının, Lənkəranın Liman şəhərindən R.Tahirli və Bərdənin Otuzikilər kəndindən S.Muradov özlərinin, Masallının Ərkivan qəsəbəsindən G.Məmmədova və başqaları ailə üzvlərinin əfv olunmasına görə Prezidentə sonsuz təşəkkür etmişlər.

Mingəçevirdən F.Hüseynov, Biləsuvardan M.Əliyev, Qusardan İ.Xankişiyev isə bu məsələyə öz vətəndaşlıq mövqelərini bildirərək qeyd etmişlər: “Əfv etmək böyüklüyün və humanizmin nümunəsidir. Qədirbilən xalqımız bunu yüksək qiymətləndirir. Biz də bunu alqışlayır və Sizə “Çox sağ olun!” deyirik”.

Artıq tarixin yaddaşına qovuşmuş 2019-cu il gənclər siyasəti sahəsində də bir sıra mühüm yeniliklərlə əlamətdar olmuşdur. Xəzərin Mərdəkan qəsəbəsindən Ş.Sərdarlı, Gəncədən Ə.Əhmədov, A.Novruzova, Mingəçevirdən G.İsmayılova, Sumqayıtdan Z.Süleymanov, Biləsuvardan L.Əbilzadə, Qubadan Ə.Qazıyev ali məktəb tələbələri üçün Prezident təqaüdlərinin artırılmasına görə minnətdarlıq bildirirlər.

Gəncədən B.Cəfərli Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatı, Tərtərdən Ş.Quliyev və başqaları rayonda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında ötən ilin fevral ayında imzalanmış sərəncamları Azərbaycan Gəncləri Günü münasibətilə onlara bəxş olunmuş ən böyük hədiyyə hesab edirlər.

Yasamaldan A.Əsgərli, Qaxdan D.Əhmədova ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən gənclərin təltif edilməsinə görə təşəkkürlərini ifadə etmişlər.

Xətai rayonundan Əməkdar idman ustası R.İbrahimov, Pirallahıdan M.Vəliyev, Suraxanıdan O.Qasımov, Ağsudan G.Ələkbərli, Goranboyun Xoylu kəndindən R.Əlizadə, Qazaxdan Ü.Zeynalov da gənclərə və onların sağlamlıqlarına göstərilən dövlət dəstəyindən öz razılıqlarını bildirmiş, gənclərin də bu qayğıya öz əməli işləri ilə cavab verməyə çalışdıqlarını, Azərbaycan cəmiyyətində könüllülük prinsipinin geniş təşəkkül tapdığını xüsusi qeyd etmişlər.

Salyandan A.Yarıyeva “ASAN Könüllüləri” təşkilatının müsbət nəticələrini vurğulayaraq yazır: “Dünyada Azərbaycan kimi ikinci bir dövlət göstərmək çətindir ki, müharibə şəraitində ola-ola gənclərin problemləri ilə bu qədər yaxından məşğul olsun. Mən “ASAN Könüllüləri” təşkilatının imkanlarından istifadə etməklə könüllülük təcrübəsindən faydalandım. Bu da mənim bir gənc olaraq işlə təmin olunmağıma böyük yol açdı”.

Dövlət başçısının tapşırığı əsasında respublikamızın orta məktəb şagirdləri üçün “Ölkəmizi tanıyaq!” devizi ilə 2014-cü ildən davam etdirilən maarifləndirici tur-aksiya da mühüm təşəbbüslərdən biridir. Gələcək nəslin daha intellektual və məlumatlı olmasına xidmət edən bu layihənin uğurla həyata keçirilməsi böyük razılıqla qarşılanır. Binəqədi, Nərimanov, Nəsimi, Suraxanı, Naxçıvan, Kəngərli, Şərur, Ağsu, Göygöl, Xocavənd, Kürdəmir, Qobustan, Qubadlı, Qusar, Saatlı, Sabirabad, Salyan, Tərtər, Ucar, başqa şəhər və rayonlardan ötən il bu barədə onlarla təşəkkür dolu məktub daxil olmuşdur.

İsmayıllının Talıstan kəndindən A.Abbaszadə bu layihənin əhəmiyyətini vurğulayaraq yazır: “Ölkəmizin gözəl diyarlarını gəzmək, tarixi, mədəni irsi barədə geniş məlumat əldə etmək həm biz şagirdlərin mənəvi və intellektual aləmini zənginləşdirir, həm də bizi öz dərslərimizə daha da həvəsləndirir. Bu tur-aksiyada təhsildə fərqlənən şagirdlər iştirak etdiyindən məktəblilər dərslərinə daha məsuliyyətlə yanaşmağa, növbəti tədbirlərin iştirakçısı olmağa çalışırlar”.

Səhiyyə məsələlərinə dair məktublarda Şəkidən Z.Hüseynov övladının, Goranboyun Zeyvə kəndindən H.Məhərrəmov nəvəsinin yerli tibb müəssisələrində uğurla əməliyyat edilməsinə, İsmayıllının Sulut kəndindən E.Nurməmmədov kənddə tibb məntəqəsinin açılmasına, Qobustanın Şıxzərli kəndindən Ş.Babaverdiyev müalicə olunmasına, Neftçalanın Xıllı qəsəbəsindən N.Məmmədov dövlət hesabına tibbi müayinədən keçirilməsinə görə minnətdarlıqlarını bildirmişlər.

Şəhər və rayonların, kənd və qəsəbələrin simasını dəyişən, onlara daha yaraşıqlı görkəm bəxş edən və insanlarda xoş ovqat yaradan abadlıq-quruculuq işləri 2019-cu ildə də davam etdirilmişdir. Bütün respublikanı əhatə edən bu işlərin siyahısı çox genişdir. Son illərdə şəhər və rayonlarda çoxmənzilli yaşayış binalarının dam örtüklərinin təmiri, onların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Təkcə 2019-cu ildə dövlət başçısının 7 Sərəncamı ilə respublikanın 15-dən çox şəhər və rayonunda bu işlərin həyata keçirilməsi üçün ümumilikdə 82 milyon manatdan artıq vəsait ayrılmışdır.

Gəncədən F.Əliyeva, A.Bayramova, Lənkərandan N.Əzizov, G.Əliyeva, Mingəçevirdən İ.İsmayılov, H.Məmmədova, Daşkəsəndən Z.Məmmədov, Qazaxdan İ.Allahverənli, digər şəhər və rayonlardan olan vətəndaşlar bu məsələlərə görə minnətdarlıq edirlər.

Quruculuq işləri içərisində təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi mühüm yer tutur. Suraxanının Bülbülə qəsəbəsindən S.Cəbiyeva, Ağdaşın Pirkəkə kəndindən N.Əliyev, Beyləqanın Dünyamalılar kəndindən M.Xudaverdiyev, Qazaxın Daş Salahlı kəndindən T.Sultanova, Qobustanın Sündü kəndindən R.Xasıyev, Lerikin Siyov kəndindən S.Ağayev, Neftçalanın Xıllı qəsəbəsindən Q.Əhmədov, Salyanın Sarvan kəndindən R.İsmayılov, Kürsəngi kəndindən İ.Hüseynov və başqaları (cəmi 56 nəfər), Tovuzun Bozalqanlı kəndindən N.Quliyev, Zərdabın Hüseynxanlı kəndindən R.Quliyev yaşadıqları qəsəbə və kəndlərdə orta məktəblərin əsaslı təmir olunmasına və ya yeni məktəb binalarının tikintisinə, körpələr evi-uşaq bağçasının istifadəyə verilməsinə görə razılıq etmişlər.

Tərtərdən K.Quliyev, R.Paşalı və başqaları yazır: “Bizim övladlarımızın təlim-tərbiyə aldığı Tərtər şəhər 4 saylı körpələr evi-uşaq bağçasının əvvəlki vəziyyəti biz valideynləri, həmçinin orada təlim-tərbiyə işləri ilə məşğul olan müəllimləri narahat edirdi. Sizin qayğınız sayəsində artıq heç bir narahatlığımız qalmayıb”.

Lənkəranın Mamusta, Şəkinin Orta Zəyzid, Baş Zəyzid və Vəzərət, Ağcabədinin Hindarx, Ağdaşın Ərəb, Kükəl, Hüşün, Astaranın Artupa, Bərdənin Mirasəfli, Qəhrəmanlı, Lənbəran, Gədəbəyin Arabaçı, Goranboyun Qızılhacılı, Göyçayın Şəhadət, Xızının Tıxlı, Kürdəmirin Pirili, Karrar, Şilyan, Mürtülü, Dəyirmanlı, Yenikənd, Qaxın İlisu, Qəbələnin Tikanlı, Qobustanın Bədəlli, Yekəxana, Ərəbqədim, Göydərə, Qusarın Böyük Muruq, Düztahir, Mucuq, Sudur, Lerikin Orand, Masallının Banbaşı, Yeni Zuvand, Böyük Xocavar, Əmirtürbə, Neftçalanın Boyat, Ballıcalı, Oğuzun Calut, Salyanın Xələc, Parça Xələc, Seyidan, Qarabağlı, Qaraçala, Samuxun Kövər, Qaraağaclı, Tərtərin Sarov, Ələsgərli, Hacıqərvənd, Buruc, Hüsənli, Tovuzun Kirən, Yardımlının Ostayır, Vərgədüz, Zaqatalanın Faldarlı, Muxax, Zərdabın İkinci Alıcanlı kənd və qəsəbələrindən və digər yerlərdən daxil olmuş məktublarda avtomobil yollarının təmir-tikintisinə, yeni yolların çəkilməsinə, bununla əlaqədar sərəncamların imzalanmasına görə razılıq ifadə olunur.

Ölkəmizdə qazlaşdırma səviyyəsi ildən-ilə yüksəlməkdədir və artıq respublika üzrə qazlaşdırma 96 faizə çatıb. Təbii qazla yeni təchiz olunan bir sıra yaşayış məntəqələrinin sakinlərindən bununla bağlı minnətdarlıq məktubları daxil olmaqdadır. Ağcabədinin Sarıcalı kəndindən E.Qasımova, Taynaq kəndindən A.Bağırov, İsmayıllının Qalacıq kəndindən T.Emanov, Z.Şalbuzova, T.Çiriyev və başqaları (cəmi 23 nəfər), Lerikin Veri kəndindən Ə.İbrahimov, Neftçalanın Astanlı kəndindən E.Bağırov və digər rayonlardan başqaları öz kəndlərinin təbii qazla təmin olunmasına görə razılıq etmişlər.

İqtisadi və aqrar məsələlər barədə müraciətlərdə Pirallahıdan A.Alışanov, Gəncədən sahibkar B.Əhmədov, Yevlaxdan E.Səttarov, Ağstafanın Aşağı Kəsəmən kəndindən G.Nəsibova ölkəmizdə əlverişli biznes mühitinin yaradılmasına və sahibkarlığın dəstəklənməsinə, Beyləqandan Ə.Nəbiyev kənd təsərrüfatının inkişafına göstərilən qayğıya, Sabirabadın Sarxanbəyli kəndindən D.Dövlətov, Əhmədabad kəndindən Ə.Deşadze, digər rayonlardan başqaları suvarma problemlərinin həllinə və təsərrüfatlarının su ilə təmin olunmasına görə razılıqlarını çatdırırlar.

Məlum olduğu kimi, 2016-cı ildən başlayaraq ölkəmizdə pambıqçılığın inkişafına dövlət dəstəyi gücləndirilmişdir. Fermerlərə subsidiyaların verilməsi, pambığın alış qiymətinin artırılması, suvarma suyu ilə təminatın yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi və digər tədbirlər pambıqçılığın dirçəlməsinə güclü təkan olmuşdur. Qarşıya qoyulan tapşırıqların uğurla icrasının nəticələri artıq özünü göstərməkdədir. Məlumat üçün bildiririk ki, 2019-cu ildə ölkəmizdə 294 min ton pambıq tədarük edilmişdir. Bu, 2015-cı illə müqayisədə məhsulun 8 dəfədən çox artdığını göstərir. Fermerlərin görülən işlərdən, dövlət dəstəyindən razılığı böyükdür. Beyləqandan Ə.Nəbiyevin, Neftçalanın Boyat və Ballıcalı kəndlərindən İ.Qəfərov, A.Hacıyev və başqalarının (cəmi 58 nəfər), Saatlının Dəllər kəndindən Ə.Kərimovun, Sabirabaddan Ə.Mansurov və başqalarının (cəmi 56 nəfər), Tərtərin Bəyimsarov kəndindən 1-ci dərəcəli “Əmək” ordenli F.Vəliyevin, Buruc kəndindən İ.Qurbanovun, Zərdabın Bıçaqçı kəndindən E.Rəsulovun və digər rayonlardan başqalarının minnətdarlıq məktubları bununla bağlıdır. Məktubların bir çoxunda xüsusi vurğulanır ki, pambıqçılığın inkişafı ilə minlərlə insan özünə iş yeri tapmış, qazanc əldə etməyə başlamışdır.

Minnətdarlıq məktublarının bir qismi əhalinin içməli və suvarma suyuna olan tələbatını ödəmək üçün subartezian quyularının qazılması ilə əlaqədar olmuşdur. Goranboyun Tatarlı kəndindən G.Ocaqverdiyeva, Səfikürd kəndindən T.Aşırov və A.İsmayılov, Qızılhacılı qəsəbəsindən Q.Əhmədov, Fəxralı kəndindən S.Qurbanov, Qəbələnin Kürd kəndindən E.Alıyev, Tərtərin Bala Kəngərli kəndindən Ə.Əhmədov, Düyərli kəndindən S.Zeynalov, Kəngərli kəndindən X.Mirzəyev, Çaylı kəndindən V.Bayramov və digər rayonlardan başqaları bu məsələ ilə bağlı təşəkkür etmişlər.

Xəzərin Mərdəkan qəsəbəsindən R.Abbasova, Qaradağın Korgöz qəsəbəsindən Ə.Dünyamalıyev, Pirallahıdan T.Niftəliyev, Sumqayıtdan F.Zahidova, Corat qəsəbəsindən Ə.Cavadova, Yevlaxın Əxşam kəndindən O.Xəlilov, Balçılı kəndindən M.Nəbiyeva, Abşeronun Masazır qəsəbəsindən A.Babayev, Ağdaşın Nehrəxəlil kəndindən A.Kərimov, Astaranın Artupa kəndindən M.Quliyev, İ.Əhmədov, Beyləqandan Y.Məmmədova, Füzulinin Horadiz şəhərindən Ə.Hüseynov və T.Hacıyev, Gədəbəyin Çalburun kəndindən L.Quliyev, Hacıqabulun Meyniman kəndindən N.İsmayılov, İsmayıllının Cülyan kəndindən X.Ağayev, Kürdəmirdən S.Novruzov, Qubanın Qonaqkənd qəsəbəsindən Ə.Qəhrəmanov, Xanəgah kəndindən S.Absəlimov, G.Qurbanov, A.Kazımov, Masallının Köçəkli kəndindən X.Xəlilov, Salyandan E.Hacıyev, digər şəhər və rayon sakinlərinin məktublarında regionların sosial-iqtisadi inkişafı istiqamətində görülən işlərdən, əhalinin təbii qaz, içməli su və elektrik enerjisi ilə təchizatının, nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasından, müasir körpülərin, park və yaşıllıqların salınmasından, yeni “ASAN xidmət” mərkəzlərinin tikilib istifadəyə verilməsindən geniş bəhs olunur.

Xızının Giləzi qəsəbəsindən M.Məmmədov fikirlərini bu sözlərlə çatdırır: “Azərbaycanın bugünkü inkişaf səviyyəsi hər bir vətənpərvər insanda haqlı qürur hissi yaradır. Öz el-obasını, kəndini-kəsəyini abad və firavan görmək, sözsüz ki, hər birimizin arzusudur. Bu arzunu reallığa çevirən, ömrümüzə rəngarənglik gətirən məhz Sizsiniz, cənab Prezident!”.

Müraciətlərin bir çoxunda vətəndaşlar xalqın güzəranının yaxşılaşdırılmasında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin milli maraqlarının və mənafeyinin müdafiə olunmasında, Azərbaycan mədəniyyətinin və incəsənətinin daha da inkişaf etdirilməsində və təbliğində dövlət başçısı ilə birlikdə hər zaman yüksək fəallıq nümayiş etdirən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xidmətlərini təqdir edir, onların bir sıra mühüm təşəbbüslərini, Heydər Əliyev Fondu tərəfindən reallaşdırılan layihələri yüksək qiymətləndirirlər.

Xaçmazın Köhnə Xaçmaz kəndindən S.Məmmədovanın məktubunda yer alan sözlər də bunu əks etdirir. O bildirir: “Pay torpağımda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin həyata keçirdiyi “Sosial bağlar” layihəsi çərçivəsində yeni meyvə bağı salınaraq bizə təhvil verildi. Biz kənd adamlarıyıq, dolanışığımız torpaqdan, bağ-bostandan çıxır. Allahın köməyi ilə bir neçə il sonra bu bağdan bol məhsul götürəcəyik. Bu, dövlətin ailəmizin dolanışığına verdiyi töhfədir. Eyni zamanda, bununla özümüz üçün yeni iş yeri qazanmışıq”.

Bundan başqa, Xətai rayonundan E.Məmmədov və başqaları “Təbiət naminə birləş, Həyat naminə birləş!” layihəsi çərçivəsində Xətai rayonunda “Gənclik” parkının salınmasını, Nəsimi rayonundan S.Zeynalova Mehriban xanım Əliyevanın 2019-cu il fevralın 14-də Gəncə şəhərinə səfərini və yerli sakinlərlə görüşüb onlarla səmimi söhbət etməsini, problemlərini dinləməsini, Füzuli rayonundan məcburi köçkün S.Məmmədova evlə təmin olunmasını, Göyçayın Alpout kəndindən F.Məmmədov və başqaları kəndlərində müasir tələblərə cavab verən yeni uşaq bağçasının inşa edilməsini, İsmayıllının Mollaisaqlı kəndindən R.Gidayev anadangəlmə ürək çatışmazlığı olan oğlunun uğurla əməliyyat olunmasını ölkə əhalisinə göstərilən qayğının bariz nümunələri kimi qiymətləndirmiş, bütün bunlara görə dərin təşəkkürlərini ifadə etmiş, Sabirabaddan İ.Əsgərov böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubiley tədbirləri çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın regionlarda 650 min ağac əkmək təşəbbüsünü alqışladıqlarını, bu təşəbbüsə həvəslə və böyük ruh yüksəkliyi ilə qoşulduqlarını bildirmişdir.

Yasamaldan A.Xəliqov isə Prezidentə ünvanladığı məktubda bunları yazır: “Biz görürük ki, övladlarınız da Sizin kimi öz xalqına can yandırır, xalqın mənafeyinə xidmət edən mühüm təşəbbüslər göstərirlər. “Bizim həyət” layihəsi də bunlardan biridir. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində neçə-neçə həyət və məhəllə abadlaşdırılmış, həmin həyətlərdə insanlar, xüsusilə də uşaqlar və ahıllar üçün lazımi şərait yaradılmışdır”.

Minnətdarlıq məktublarının bir hissəsi ölkə vətəndaşlarının Prezident Administrasiyasına ünvanladıqları müraciətlərinin müsbət həll edilməsi ilə əlaqədar olmuşdur. Belə məktubların sayı ötən illə müqayisədə 62,9 faiz artmışdır. Bu, müraciətlərə baxılması işində diqqətin və tələbkarlığın daha da artırılmasının, nəzarətin gücləndirilməsinin nəticəsidir. Bir çox məktubda vətəndaşlar qaldırdıqları sosial problemlərin, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllindən razılıqlarını ifadə edirlər.

Abşeronun Xırdalan şəhərindən Ş.Ələkbərov yaşadıqları ərazidə yolun və kanalizasiya xətlərinin təmir edilməsinə, Ağcabədinin Poladlı kəndindən C.Rüstəmov kənd sakinlərinin evlərinə içməli su xəttinin çəkilməsinə, Xaçmazın Hülövlü kəndindən Z.Paşayev kəndin əkin sahələrinin suvarılmasında yaranmış problemin həll olunmasına, Şəmkirin Tatarlı kəndindən S.Piriyeva, N.Qasımov və başqaları (cəmi 50 nəfər) içməli su xəttinin təmir edilməsinə, Yardımlının Bürzünbül kəndindən şəhid atası P.Sərhəngov yaşadığı kəndin yollarına asfalt çəkilməsinə, Xətai rayonundan şəhid ailəsinin üzvü R.Əzizova ailəsinə mənzil verilməsinə, Xəzər rayonundan A.Abdullayeva övladına əlilliyə görə sosial müavinətin təyin edilməsinə, Nəsimi rayonundan F.Əsgərov tikinti şirkəti tərəfindən ona dəymiş ziyanın ödənilməsinə, Səbailin Badamdar qəsəbəsindən H.Əlizadə yollarının təmir olunmasına, Suraxanının Qaraçuxur qəsəbəsindən II qrup əlil M.Ağabayeva övladlarının təhsil haqqına kömək göstərilməsinə, Yasamaldan şəhid anası S.Kərimova söküntü ərazisinə düşən evinə görə lazımi kompensasiyanın ödənilməsinə, Yevlaxdan G.Vəliyeva alimentlə bağlı qərarın icra olunmasına görə minnətdarlarını bildirirlər.

Sosial məsələlər barədə edilmiş və müsbət həllini tapmış müraciətlərin bir qismində işlə təmin olunma və ya əvvəlki işə bərpa edilmə, özəl şirkət tərəfindən vətəndaşa əməkhaqqı ödənilməsi məsələləri ilə əlaqədar təşəkkür ifadə olunur. Nərimanov rayonundan S.Əliyeva, Sabunçudan R.Zeynalov, Mingəçevirdən M.Camıyev, F.Şirinov, S.Sadıqova və başqaları, Sumqayıtdan Qarabağ döyüşləri əlili V.Hüseynov, Ağcabədinin Kürdlər kəndindən S.Süleymanov, Beyləqandan A.Cəfərova, Cəlilabadın Uzuntəpə kəndindən X.Mirzəyev, Xocalıdan və Kəlbəcərdən məcburi köçkünlər Y.Hüseynov və Q.Kazımov, Lerikin Siyov kəndindən Ş.Ağayeva, Oğuzun Tayıflı kəndindən E.Abduləzizov, Zərdabın Gəlmə kəndindən İ.İsgəndərov, digər şəhər və rayonlardan başqalarının məktubları bu qəbildəndir.

Bundan başqa, Binəqədidən O.Hacıyeva, Xəzərin Zirə qəsəbəsindən V.Məmmədov, Qaradağın Sahil qəsəbəsindən D.Kərimova, Nizami rayonundan (Bakı) G.Qasımova, Suraxanının Bülbülə qəsəbəsindən N.Muxtarova, Naxçıvan şəhərindən Q.Tağıyev, Babək rayonunun Qahab kəndindən N.Ələkbərov, Şirvandan R.Qənbərov, Abşeronun Saray qəsəbəsindən R.Mövsümova, Ağcabədidən R.Şirinov, Ağdaşın Yuxarı Qəsil kəndindən S.Hüseynov, Astaradan S.İsmayılova, Balakənin Qaravəli kəndindən İ.Əliyev, Cəlilabaddan S.Quliyev, Füzuli rayonundan T.Həsənov, Göyçaydan A.Hacıyev, Xaçmazın Arzu qəsəbəsindən F.Orucov, Laçından məcburi köçkün, I qrup Qarabağ əlili F.İsayev, Lerikin Arta kəndindən V.Cəfərov, Siyəzənin Yenikənd kəndindən T.Məmmədov, Şabrandan R.Gülməmmədov, Şamaxının Sabir qəsəbəsindən K.Bayramov, Şəmkirin Düyərli kəndindən R.Ələsgərova, Tovuzun Çeşməli kəndindən R.Namazov, Zaqataladan T.Həsrətov, Zərdabdan İ.Əsədov, digər şəhər və rayonlardan başqaları öz problemləri ilə bağlı müraciətlərinin müsbət həlli ilə əlaqədar görülən işlərə görə razılıq etmişlər.

Azərbaycan Prezidentinin bölgələrə səfərləri, həmçinin Bakıda keçirilən mühüm tədbirlər zamanı ona şəxsən təqdim olunmuş müraciətlərin müsbət həlli ilə əlaqədar minnətdarlıq məktubları da maraq doğurur. Şəkinin Kiş kəndindən N.Yusifli işlə, Ağsunun Çaparlı kəndindən S.Qənbərov taxılbiçən kombaynla təmin edilməsinə, Ağdamdan məcburi köçkün N.Əhmədova təhsil almasına kömək göstərilməsinə, Qobustanın Ərəbşalbaş kəndindən T.Orucov ağır vəziyyətdə olan övladının Bakıda yerləşən klinikalardan birində uğurla müalicə olunmasına, Şamaxıdan A.Əzizova mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına görə Prezidentə minnətdarlıq etməyi özlərinə borc bilmişlər.

Dövlət başçısı məmurlardan vətəndaş müraciətlərinə diqqətlə yanaşmağı tələb edir və onlara birmənalı olaraq tapşırır: “Dövlət orqanları, mərkəzi və yerli icra orqanlarının nümayəndələri daim vətəndaşlara qayğı, diqqət göstərməlidirlər, daim vətəndaşların yanında olmalıdırlar”.

Müraciətlərin bir qismində vətəndaşlar məhz bu amili xüsusi vurğulayır, aidiyyəti dövlət qurumlarına ünvanladıqları müraciətlərə, həmçinin dövlət orqanlarında və yerlərdə keçirilən qəbullar zamanı qaldırılan məsələlərə daha diqqətlə yanaşılmasından yazır, bunun əsasında dövlət başçısının məmurlar qarşısında qoyduğu tələblərin və verdiyi tapşırıqların dayandığını qeyd edirlər. Nərimanov rayonundan Ə.Zeynalovun, Lənkəranın Kərgəlan kəndindən R.Səfərovun, Füzulinin Bala Bəhmənli kəndindən M.Əhmədovun, Göygöldən R.Əhmədovanın, Kəlbəcərdən məcburi köçkün S.Musayevin, Şabranın Aygünlü kəndindən M.Musayevin, Tovuzun Abulbəyli kəndindən M.Hümmətovun, digər şəhər və rayonlardan başqalarının məktublarını buna misal göstərmək olar.

Azərbaycan dövlətinin humanizmə və insanların firavan həyatının təmin olunmasına yönəlmiş işləri təkcə ölkə hüdudları ilə məhdudlaşmır. Rusiyanın Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Azərbaycan və Qafqaz xalqları arasında tarixi dostluğun və qardaşlığın rəmzi sayılan Muxtarov məscidinin təmir-bərpa işlərinə verilən dəstək bunun bariz nümunəsidir. 2019-cu il yanvarın 26-da təmir-bərpa işlərindən sonra məscidin təntənəli açılışı olmuşdur. Həmin şəhərdən Şimali Osetiya Gənclər Təşkilatının sədri Z.Məmmədov bu barədə yazır: “Sizin yardımınız sayəsində bərpa edilərək yenidən istifadəyə verilən bu məscidin şəhər üçün əhəmiyyəti böyük olduğundan hər kəs bu işi çox müsbət qiymətləndirir. Biz fəxr edirik ki, doğma Azərbaycanımızın belə diqqətcil, xeyirxah, nümunəvi Prezidenti var”.

Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərindən Ə.Bahaduri də Azərbaycanın uğurlarını xaricdən izləyən və bundan fərəhlənən həmvətənlərimizdən biridir. O, məktubunda bunları qeyd edir: “Xeyli vaxtdır Bakıya gəlməsəm də, Azərbaycan Respublikasının bütün uğur və inkişafını diqqətlə izləyir, aldığım hər xoş xəbərdən məmnunluq duyuram. Nə qədər bəxtiyarıq ki, müstəqil bir dövlət kimi yaşamaq səadəti bizə yenidən nəsib oldu. Sizin Azərbaycanın tərəqqisi naminə gördüyünüz bütün işlərə qəlbən sevinir, hər yeni zəfərə fərəhlənirik”.

Xarici ölkələrdən daxil olan minnətdarlıq məktublarında həmvətənlərimizlə yanaşı əcnəbi vətəndaşlar da Azərbaycan haqqında müsbət fikirlərini bildirirlər. Rusiya Federasiyasından ölkəmizdə qonaq olmuş Fazil Vasilov və Nuraniya Zinnatullina, Türkiyənin Ankara şəhərindən Bekir Kılıç, İstanbul şəhərindən Fəridə Çidəm, Ukraynanın Donetsk vilayətindən Gennadi Ponçenko, 50 ildən çox Bakı şəhərində, hazırda isə Yunanıstanın Nea Artaki şəhərində yaşayan milliyyətcə rus Maya Quliyeva və digər ölkələrin vətəndaşları Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf etdiyini, gözəlləşdiyini, firavan və tolerant bir ölkəyə çevrildiyini xüsusi vurğulayırlar.

Türkiyənin İstanbul şəhərindən Engin Miroğlunun məktubunda qeyd olunur: “Ədalətliliyinizə və qurduğunuz firavan dövlətinizə görə Sizə “Əhsən!” deyirəm. Sizə və Azərbaycana heyran qalmışam və çox sevinirəm. Çünki bu qardaş ölkə bizim ikinci Vətənimizdir”.

Ölkəmizin saysız-hesabsız nailiyyətlərini gözü götürməyən, öz şəxsi mənafeyi və ambisiyaları naminə Azərbaycana qarşı qarayaxma kampaniyaları aparan bəzi yerli və xarici qüvvələrin hərəkətləri vətəndaş məktublarının bir çoxunda qətiyyətlə pislənir, bununla bağlı təəssüf hissi ifadə olunur. Vətəndaşlar əmindirlər ki, belə hallar xalq-iqtidar münasibətlərinə, Azərbaycanın sürətli inkişafına təsir edə bilməz. Ölkəmiz növbəti illərdə də öz strateji xətti və inkişaf yolu ilə uğurla addımlayacaqdır. Ağdamdan Ç.Fətəliyev, M.Kazımov və başqalarının məktubunda deyildiyi kimi: “Ataların bir məsəli var: “Gördüyünü qoyub görəcəyə getmə”. Biz son illərdə və yaxın keçmişdə baş verənləri görüb, həmin dövrləri yaşayan şəxslərik. Ona görə də kimin yanında olacağımıza qərar verməkdə çətinlik çəkmirik. Cənab Prezident, biz hər zaman dövlətimizin, dövlət başçımızın yanındayıq və Sizi dəstəkləyirik”.

(Ardı var)

Süleyman İsmayılov

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının

Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: