Pakistanlı jurnalist Naxçıvandan yazdı - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Pakistanın "dailytimes.com.pk" internet saytında "Azərbaycanı tanıyaq" sərlövhəli məqalə yerləşdirilib. Məqalənin müəllifi, "Hum news" kanalının təqdimatçı-prodüseri və müxbiri Şiffa Zakriya Naxçıvanın dini turizm məkanlarından olan "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi və Nuh Peyğəmbərin məzarüstü türbəsi ilə bağlı məlumatlar verib.

Məqalədə qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın bir hissəsidir və paytaxtı Naxçıvan şəhəridir. Bakıdan Naxçıvana quru yolları yoxdur. Əshabi-Kəhf Naxçıvan şəhərinin Şərq hissəsindəki təbii mağarada yerləşir. Qədim dövrlərdən bəri Əshabi-Kəhf yeddi adamın əsrlər boyu yatdığı müqəddəs yer hesab olunur. Muxtar respublika eyni zamanda turistlərin Nuh peyğəmbərə görə ziyarət etdiyi müqəddəs məkandır. Nuhun məqbərəsi 2006-cı ildə inşa edilmişdir. Türbənin altında daş sütun yerləşir. Nuhun məzarının bu sütunun altında olduğu ehtimal edilir.Rəssam Bəhruz Kəngərlinin 100 il əvvəl çəkdiyi və hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan rəsm əsəri də türbənin tarixi haqqında məlumat verir.  

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: