Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən qış taktiki-xüsusi təlimləri erməniləri narahat edir - FOTOLAR
Xəbər verdiyimiz kimi, fevralın 18-də Naxçıvan Qarnizonu Qoşunlarında “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. NUHÇIXAN xəbər verir ki, bu barədə işğalçı Ermənistanın razm.info saytı “Naxçıvan xüsusi təyinatlıları qışda yüksək dağ əməliyyatları keçirir” başlığı adı altında yazı yayımlayıb. Məqalədə keçirilən taktiki-xüsusi təlimlərin Ermənistan mətbuatında və ictimaiyyətində narahatlıq yaratdığı vurğulanır.
Qeyd olunur ki, Naxçıvanda müxtəlif bölmələrin xüsusi təyinatlı birləşmələrinin birgə döyüş fəaliyyəti təcrübəsi mövcuddur. Həmçinin belə birgə təlimlərin, 2018-ci ilin oktyabr ayında da keçirildiyi xüsusi vurğulanır.
Görünür, Azərbaycan Ordusunun Naxçıvanda yerləşən hərbi birləşmələrinin döyüş hazırlığı ilə bağlı atdığı addımlar Ermənistan ordusu tərəfindən ümidsizliklə izlənilir.
Anar Tağıyev