İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb

A- A A+

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar silsilə tədbirlərin tərkib hissəsi olaraq Azərbaycanın İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə “İndoneziya Poçt” dövlət şirkəti tərəfindən poçt markaları nəşr edilib.

NUHÇIXAN xəbər verir ki, nəşr edilən poçt markasının üzərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüskarı olduğu “Xocalıya ədalət!” kampaniyasının loqosu olan badam çiçəyi təsvir olunub və kampaniyanın veb ünvanı qeyd edilib.

Kampaniyanın veb ünvanının markada qeyd olunması Xocalı soyqırımı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İndoneziya əhalisi arasında maarifləndirmənin artırılması məqsədi daşıyır.

“İndoneziya Poçt” dövlət şirkəti tərəfindən verilən məlumata əsasən, fevralın ortalarında mərkəzi və regional poçt şöbələrində dövriyyəyə buraxılan markaya indoneziyalı filatelistlər tərəfindən böyük maraq müşahidə olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: