Sercio Mattarella: İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır

A- A A+

İtaliya ilə Azərbaycan bir-biri ilə dost ölkələrdir və regionda əsas tərəfdaşlardır. Azərbaycan dialoqa çox açıq və bütün dünya tərəfindən görünən müasir bir ölkədir.

NUHÇIXAN xəbər verir ki, bu fikirləri İtaliya Prezidenti Sercio Mattarella mətbuata bəyanatında deyib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini qeyd edən Prezident vurğulayıb ki, Azərbaycan bu öhdəliyi öz üzərinə götürüb və bu, onun beynəlxalq sahədəki işini daha da gücləndirəcək.

“Biz iqtisadi-ticari sahədə çox intensiv əlaqələrə malikik, çox böyük inkişafla irəli gedirik. İtaliya müəssisələri Azərbaycana cəlb olunur, bir çoxları işləyir və bundan sonra digərləri də bu sahəyə cəlb olunacaqlar”, - deyə dövlət başçısı bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: