Daimi nümayəndəliyin rəhbəri rəsmi qəbulda iştirak edib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Kuveyt Dövlətinin Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Səud Abdulaziz Al-Ruminin dəvətilə, bu ölkənin milli bayramı münasibətilə Bakıda təşkil edilən rəsmi qəbulda iştirak edib. Daimi nümayəndəliyin rəhbərinə iştirak üçün minnətdarlığını bildirən səfir Al-Rumi yaxın zamanda Naxçıvana rəsmi səfər edəcəyini diqqətə çatdırıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova salamlarını çatdırmağı xahiş edib.