Azərbaycan Ordusunun nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Azərbaycan Ordusunun nümayəndələri Tbilisidə Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli kiber təhlükəsizlik üzrə təcrübə mübadiləsinə qatılıblar. Bundan əlavə, hərbiçilərimiz Almaniyanın Oberammerqau şəhərində “Döyüş hazırlığının qiymətləndirilməsi” kursunda və Ankarada (Türkiyə) “Silahlı münaqişə hüququ” kursunda iştirak edirlər.