İstanbulun bütün ictimai nəqliyyat vasitələrində Xocalı soyqırımı ilə əlaqədar videoçarx nümayiş etdirilir

A- A A+

Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 25-26-da İstanbulun metro, metrobus, gəmi səfərləri də daxil olmaqla, bütün ictimai nəqliyyat vasitələrində videoçarx nümayiş etdirilir, afişalar yerləşdirilib.

NUHÇIXAN xəbər verir ki, kampaniya ölkəmizin İstanbuldaki Baş Konsulluğunun təşəbbüsü və təşkilatçılığı, İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, İstanbulun bu nəqliyyat vasitələrindən Türkiyə vətəndaşları və şəhərə gələn turistlər olmaqla hər gün milyonlarla insan istifadə edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: