Kiyevdə Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib - FOTOLAR

A- A A+

Ukraynanın Kiyev şəhərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

NUHÇIXAN xəbər verir ki, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası və Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin birgə dəstəyi ilə Kiyevin mərkəzi ərazilərində Xocalı soyqırımına dair bilbordlar yerləşdirilib.

Bilbordların yerləşdirilməsində məqsəd Xocalı soyqırımı haqqında Ukrayna və xarici vətəndaşları məlumatlandırmaqdır. Bu bilbordlar Ukrayna ərazisində bir müddət mövcud olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: