France 24: Korrupsiya Ermənistanda ətraf mühitə ziyan vurdu

A- A A+
"France 24" teleşirkəti "Korrupsiya Ermənistanda ətraf mühitə necə ziyan vurub" adlı ölkədə dağ-mədən sənayesinin zərəri haqqında süjet təqdim edib. NUHÇIXAN-ın erməni KİV-lərinə istinadən verdiyi məlumata əsasən, reportajda Ermənistanda son etirazların korrupsiyaya görə baş verdiyi və bu sahəyə də (red. - dağ-mədən sahəsi) təsirsiz ötüşmədiyi qeyd olunur Bildirilir ki, yerli sakinlər təbiətə böyük ziyan vuran mis-molibden yatağında aparılan işlərə görə çay suyunu onun zəhərli olduğu üçün istifadə edə bilmirlər. Ölkənin Noyemberyan rayonunda isə əhali iqtisadiyyatın dağ-mədən sənayesi deyil, turizm hesabına inkişaf etdirmək mümkün olduğunu bildirirlər. Onlar fəal ekoloqlarla şəhər yaxınlığında işə başlamaq niyyətində olan şirkətə qarşı mübarizə aparırlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: