Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib - FOTOLAR

A- A A+

Moldovanın Kişineu şəhərində Azərbaycan diasporunun nümayəndələri tərəfindən Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı “Xocalıya ədalət” şüarı altında yürüş keçirilib.

NUHÇIXAN xəbər verir ki, yürüşdə Moldovanın ayrı-ayrı şəhərlərindən soydaşlarımız iştirak ediblər.

Moldovada ilk dəfə keçirilən yürüş iştirakçıları əllərində Xocalı faciəsini əks etdirən plakatlar, Azərbaycanın bayraqları ilə Kişineun mərkəzi Ştefan Çel Mare küçəsindən Ermənistan səfirliyinə qədər yürüş ediblər. Yol boyu şəhər sakinlərinə iştirakçılar tərəfindən Xocalı faciəsinə aid məlumatlandırıcı bukletlər paylanılıb. Daha sonra yürüş Moldovada BMT-nin və ATƏT-in ofislərinin önündə mitinqlə davam edib. İştirakçılar tərəfindən Xocalı faciəsini tanımaq tələbləri ilə bəyannamələr oxunub.

Tədbir yerli KİV-də geniş işıqlandırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: