Rusiyanın “Ura.ru” informasiya agentliyinin saytında “Niyə 30 il bundan əvvəl baş vermiş soyqırımı Azərbaycan üçün hələ də sarsıntıdır” sərlövhəli məqalə dərc edilib.
NUHÇIXAN xəbər verir ki, Tatyana Ryabovanın məqaləsində MDB-də ən dəhşətli faciələrdən birinin tükürpərdən tarixçəsi barədə danışılır.
Məqalədə deyilir ki, azərbaycanlılar fevralın 25-dən 26-na keçən gecə dinc sakinlərin kütləvi şəkildə vəhşicəsinə qətlə yetirildiyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir. Ermənistan və Azərbaycan arasındakı münaqişə 1992-ci ildə bütöv xalq üçün faciəyə çevrildi. Müəllif məqalədə tarixçi Rizvan Hüseynov və Zaur Mehdiyevin fikirlərindən sitatlar gətirir.