Osman əl-Tuveycri: “Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi düzgün qərar idi”

A- A A+

NUHÇIXAN xəbər verir ki, bu fikirləri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar muxtar respublikada təşkil edilən tədbirlərdə iştirak edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri səsləndirib. O, İslam Mədəniyyətinin Paytaxtı seçilmiş şəhərlər və bu layihə üzrə görülən işlər barədə danışıb. Baş direktor bildirib ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi düzgün qərar idi. Çünki Azərbaycanın bu qədim diyarında zəngin tarixi-mədəni irs vardır. Eyni zamanda Naxçıvan şəhərinin müasir inkişafı, təmizliyi, havası və İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər məmnunluq doğurur.

Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsin və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlərin təbliğ olunması və tanıdılmasının vacibliyini vurğulayan Əbdüləziz Osman əl-Tuveycri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının bundan sonra da Naxçıvanla əməkdaşlığa mühüm əhəmiyyət verəcəyini bildirib, fikirlərini “Yaşasın Azərbaycan və onun İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan şəhəri, yaşasın İslam Həmrəyliyi” sözləri ilə tamamlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: