ABŞ konqresmeninin Xocalı qətliamı ilə bağlı bəyanatında mülki əhaliyə qarşı hücumların qəbuledilməzliyi vurğulanır

A- A A+

ABŞ Konqresində Xocalı qətliamı ilə bağlı bəyanatlar verilməkdə davam edir.

NUHÇIXAN xəbər verir ki, növbəti bəyanat Arizona ştatını təmsil edən Konqres üzvü Pol Qosar tərəfindən yayılıb.

Bəyanatda 28 il bundan əvvəl baş vermiş faciə ABŞ Konqresinin diqqətinə çatdırılır. Bildirilir ki, Azərbaycan bu gün regionun geniş imkanlara, zəngin mədəniyyətə, əmin-amanlığa malik ölkəsidir. Bəyanatda, eyni zamanda, müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, Sovet İttifaqının dağılması ilə Ermənistanla yaranan münaqişə barədə məlumat verilir, Xocalı faciəsindən bəs olunur.

Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Xocalıya hücumu nəticəsində 613 nəfər qətlə yetirilib. Qətliam qurbanlarının anılmasının vacibliyi bildirilir, mülki əhaliyə qarşı hücumların qəbuledilməz olduğu diqqətə çatdırılır.

Bəyanatda ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri olmasından məmnunluğunu ifadə edən Konqres üzvü ölkəsinin münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcəyini bildirir, Xocalı əhalisinin xatirəsinin yad edilməsinin önəmini vurğulayır. Azərbaycan əhalisinin belə qətliamla bir daha üzvləşməməsi üçün münaqişənin həllinin vacibliyi qeyd edilir.

Bəyanatın sonunda Xocalı qurbanlarının xatirəsi bir daha yad edilir.

Bəyanatın mətni ilə https://www.congress.gov/116/crec/2020/02/26/modified/CREC-2020-02-26-pt1-PgE218-4.htm internet səhifəsində tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: