Misirin nüfuzlu diplomatik nəşrində Xocalı soyqırımından bəhs edilib

A- A A+

Misirin nüfuzlu “Alldiplomasy” nəşrində Xocalı soyqırımından bəhs edən geniş məqalə dərc edilib.

NUHÇIXAN xəbər verir ki, Əşrəf Abo Arafenin müəllifi olduğu “Ey dünya, ermənilərin dinc azərbaycanlılara qarşı törətdikləri qırğını unutma!” sərlövhəli məqalədə bəşər tarixində ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımından ətraflı bəhs edilir.

Müəllif yazır: “Bu faciə 28 il bundan əvvəl baş verib, lakin onun sağ qalmış şahidləri hələ də yas tuturlar, qaçqınlar və məcburi köçkünlər öz doğma evlərinə qayıda bilmirlər. Artıq 28 ildən çoxdur aparılan danışıqlara baxmayaraq, Ermənistan ilə Azərbaycan arasında gərginlik davam edir. Vəziyyət bu cür davam edə bilməz, Avropa İttifaqı, BMT və ATƏT Xocalı soyqırımı kimi faciələrin təkrarlanmaması üçün daha fəal olmalıdırlar”.

Məqalədə Azərbaycanın Misirdəki səfirliyində keçirilən anım mərasimində təqdimatı olmuş “Xocalı soyqırımı və itirilmiş ədalət” sənədli filmindən də geniş bəhs olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: