Naxçıvan nümayəndəliyinin rəhbəri İndoneziya səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, İndoneziyanın Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fənanie xanımı ilə birlikdə səlahiyyət müddətinin başa çatması ilə əlaqədar daimi nümayəndəlikdə olub.Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə qarşıda dayanan mədəni, elmi, iqtisadi, turizm, qardaşlaşma əlaqələrinin qurulması, rəsmi səfərlər və digər maraqlı sahələr ətrafında müzakirələr aparılıb.