XİN: Belçikada Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı cinayət işi açılıb

A- A A+

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Belçikanın Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsinə münasibət bildirib.

NUHÇIXAN xəbər verir ki, Leyla Abdullayeva deyib: “Belçikanın Vaterlo şəhərində ölkəmizin görkəmli şairəsi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə əlaqədar şəhər polisi tərəfindən cinayət işi açılıb. 2016-cı ildə ucaldılmış heykəl Vaterlo şəhərinin mühafizə edilən tarixi abidələri siyahısına daxildir və bu səbəbdən sözügedən hadisə polis tərəfindən araşdırılır.

Əlbəttə, bu vandalizmin Ermənistan baş nazirinin Belçikaya səfəri zamanı baş verməsi diqqəti cəlb edir.

Qeyd etmək istərdim ki, ölkəmizin Belçika Krallığındakı səfirliyinin əməkdaşları dərhal hadisə yerinə gedərək, yerli hakimiyyət orqanları ilə təmaslar qurublar. Məsələ Azərbaycanın Belçikadakı səfirliyinin nəzarətində saxlanılır və araşdırmanın nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: