Naxçıvan nümayəndəliyinin rəhbəri Polşa səfiri ilə görüşüb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Polşa Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər, Naxçıvan Muxtar Respublikası ilə iqtisadiyyat, ticarət, enerji, təhsil, turizm və s.istiqamətlərdə əməkdaşlıq məsələləri, rəsmi səfərlər və qurulacaq fəaliyyət istiqamətləri, digər maraqlı sahələr ətrafında müzakirələr aparılıb.