Operativ qərargah: Azərbaycan-İran sərhədinin bağlı saxlanılmasına dair qərarın müddəti daha iki həftə uzadılıb
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının (COVİD-19) qlobal pandemiya elan olunduğu nəzərə alınaraq, Azərbaycan Respublikası ərazisində virusun yayılmasının qarşısını almaq məqsədilə İran İslam Respublikası ilə sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlı saxlanılmasına dair 2020-ci il 29 fevral tarixli qərarın müddəti daha iki həftə uzadılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahı məlumat yayıb.