Bu gün saat 00:00-dan etibarən Azərbaycan-Türkiyə arasında hava və quru nəqliyyatı hərəkətinin müvəqqəti dayandırılması qərarından sonra Türkiyədən, xüsusilə İstanbuldan soydaşlarımızın vətənə gətirilməsi ilə əlaqədar işlər davam etdirilir.
Azərbaycanın İstanbuldaki Baş Konsulluğundan NUHÇIXAN-a verilən məlumata əsasən, bu tədbirlər çərçivəsində Türkiyədə yaşayan, səfərdə olan və təhsil alan vətəndaşlarımızın suallarını cavablandırmaq məqsədilə Baş Konsulluqda “qaynar xətt” yaradılıb.
Əlaqə telefonu: +90 212 325 80 42-45, +905312495007/Daxili nömrə: 111