Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq, virusun yayılmasının qarşısını almaq məqsədilə Azərbaycanın Almaniyadakı səfirliyinin konsulluq bölməsində qəbul martın 16-dan müvəqqəti olaraq dayandırılacaq.
NUHÇIXAN xəbər verir ki, səfirlik tərəfindən yayılan elanda bildirilir ki, təcili və istisna hallarda qəbul yalnız əvvəlcədən təyin olunmuş görüş vaxtında keçirilə bilər. Belə görüş üçün +4930 219 161 58 telefon nömrəsi vasitəsi ilə müraciət etmək mümkündür. Şəxsən iştirak tələb olunmayan konsulluq əməliyyatları ilə əlaqədar isə poçt və ya email ([email protected]) vasitəsilə müraciət etmək tövsiyə olunur. Elanda qeyd olunur ki, vətəndaşların sağlamlığı ən boyük prioritetdir.