Hökumət sahibkarlara dəstək üçün təkliflər hazırlayır

A- A A+

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə martın 17-də Baş Nazir Əli Əsədovun yanında iqtisadi məsələləri müzakirə etmək üçün hökumətin iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, iclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı mənfi mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb.

Hökumətə tapşırılıb ki, bir həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: