Müdafiə Nazirliyi vətəndaşların qəbulunu və qeydiyyatını elektron qaydada və telefon vasitəsilə həyata keçirir

A- A A+

Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə yaradılan Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı mübarizə tədbirləri ilə əlaqədar Müdafiə Nazirliyi vətəndaşların qəbulunu və qeydiyyatını müvəqqəti olaraq yalnız elektron qaydada və telefon vasitəsilə həyata keçirməyə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, müraciətlərin fasiləsiz qəbulunun və baxılmasının operativliyinin təmin edilməsi məqsədilə vətəndaşların nazirliyin [email protected] , [email protected]  elektron poçt ünvanlarına və ya (012) 912 qaynar xətt nömrəsinə müraciət etmələri xahiş olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: