YAP Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində yardım edir

A- A A+

Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Respublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.

YAP-dan NUHÇIXAN-a verilən məlumata görə, partiyanın bütün strukturları bu ümumxalq mübarizəsində iştiraka cəlb edilib, onlara müvafiq göstərişlər verilib. Yeni Azərbaycan Partiyası, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 mart tarixli Sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır. Bundan əlavə, partiyanın bütün yerli strukturlarına və üzvlərinə Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkanları daxilində dəstək göstərmək tövsiyə olunub.

Müasir dünyanın başı üzərini almış böyük və ciddi təhlükənin Azərbaycana təsirinin azaldılması dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hamının dəstək olmasından birbaşa asılıdır. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü partiyanın Sədri, Prezident İlham Əliyevin koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınmasında hər kəsin şəxsi iştirakının təmin edilməsi barədə çağırışına əməl edəcək, xalqımızın və ölkəmizin bu qorxulu bəladan xilas olmasına öz şəxsi töhfəsini verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: