Hərbi Dəniz Qüvvələrində taktiki təlim keçirilib - VİDEO

A- A A+

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi bu ilin döyüş hazırlığı planına əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus hissəsində taktiki təlim keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, taktiki təlimin əsas məqsədi ilkin mərhələdə qarşıya qoyulan üzən minanın və dəniz hədəfinin artilleriya atışı ilə məhv edilməsi olub. Təlim zamanı gəminin idarə olunması, verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi, şəxsi heyətin hazırlıqları bir daha nəzərdən keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: